Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Rusiyalı konstruktor: Pilotun quşla toqquşmadan yaralanması qeyri-adi hadisədir


MiG-29 (foto arxivdəndir)
MiG-29 (foto arxivdəndir)

Quşların səmada təyyarələrlə toqquşması, təyyarələrin bu səbəbdən qəzaya uğraması geniş yayılmış hadisədir.

Amma qırıcıların quşla toqquşması halları azdır. Belə toqquşmada pilotun ölməsi halı haqda isə nə rusdilli, nə də ingilisdilli mediada son 15 ildə yayılan hansısa məlumat tapa bilmədik.

Azərbaycanın qəzaya uğrayan MiG-29 təyyarəsi ilə bağlı sual doğuran da elə 34 yaşlı pilot Rəşad Atakişiyevin quşla toqquşma səbəbindən ölməsi haqda yayılan rəsmi məlumatdır.

Müdafiə Nazirliyinin məlumatına görə, pilot xəsarət alıb və təyyarənin idarəolunmasını bərpa edə bilməyib.

Rusiyanın "Suxoy" konstruktor bürosunun keçmiş əməkdaşı, texnika elmləri doktoru Vadim Lukashevich deyir ki, MiG-29-da pilotun yaralanması qeyri-adi hadisədir:

“Pilotun yaralanması qəribədir. Məsələ burasındadır ki, hərbi təyyarələrin ön şüşəsində optik zireh var və bu, xüsusi olaraq quşla toqquşma üçün nəzərdə tutulub. Odur ki, pilotun yaralanması və buna görə katapultasiya edə bilməməsi çox qeyri-adi hadisədir”.

Rusiyalı konstruktor: "Pilotun həlak olması qəribədir"
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

Vadim Lukashevich deyir ki, MiG-29 layihələndiriləndə yerdə testlərdən keçir, yəni xüsusi pnevmatik toplardan təyyarənin ön şüşəsinə çəkisi 1 kiloqramacan olan qaz leşi ilə atəş açırlar.

Qırıcıya dəyən zərbənin sürəti saatda təqribən 900 km olur. Başqa sözlə, pilotun kabinəsinin ön şüşəsi saatda 900 km sürətlə ğələn 900 qramlıq qaz cəsədinin zərbəsinə dözməyə zəmanət verir.

Vadim Lukashevich bildirir ki, pilotun yaralanması anlaşılmaz hadisədir.

Azərbacanda da bəzi müstəqil ekspertlər təyyarənin quşla toqquşması haqda yayılan xəbərə şübhə ilə yanaşırlar.

MiG-29 təyyarəsi 1983-cü ildə Sovet ordusunda istismara qəbul olunub. Sonra bir neçə dəfə modernizasiya olunub. Rusiya bu təyyarəni dünyanın 30-dək ölkəsinə satıb.

Son onilliklərdə bu təyyarələrin müxtəlif ölkələrdə qəzaya uğraması səbəbləri haqda yayılan xəbərlərdə səbəb kimi daha çox texniki nasazlıq və pilotun səhvi göstərilib.

MiG-29 hərbi təyyarəsi, iyulun 24-də, axşam uçuşlarını həyata keçirərkən qəfil radardan itib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG