Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:26

“Putinlə şəkli olan azarkeş” Fransadan deportasiya edilir


Aleksandr Shprygin və prezident Vladimir Putin Lyublino qəbristanlığında 2010-cu ildə həlak olmuş Spartak azarkeşi Yegor Sviridovun məzarını yad edirlər
Aleksandr Shprygin və prezident Vladimir Putin Lyublino qəbristanlığında 2010-cu ildə həlak olmuş Spartak azarkeşi Yegor Sviridovun məzarını yad edirlər

Fransa hökuməti Rusiyanın ifrat sağçı azarkeş lideri Aleksandr Şprıgini daha 20 rusiyalı ilə birlikdə ölkə ərazisindən deportasiya edir.

Fransa hökuməti Rusiyanın ifrat sağçı azarkeş lideri Aleksandr Şprıgini daha 20 rusiyalı ilə birlikdə ölkə ərazisindən deportasiya edir.

Bu qərar Marseldə İngiltərə-Rusiya oyunu başa çatar-çatmaz rusiyalı xuliqanların ingiltərəli azarkeşlərə hücumunun ardınca qəbul olunub.

Şprıgin və başqaları Rusiya-Slovakiya matçına tamaşa etmək üçün Marseldən Lil şəhərinə gedərkən yolda həbs olunublar.

Şprıgin və daha 20 nəfər artıq deportasiya mərkəzinə köçürülüblər və beş gün müddətində Fransadan xaric ediləcəklər

Marsel iğtişaşı ilə bağlı həbs olunmuş daha 3 rusiyalı 2 il müddətinə azadlıqdan məhrum edilib.

Sözü gedən şəxslərin iki il müddətinə Fransa ərazisinə daxil olması qadağan edilir.

Bu həbslər Kremli o qədər qəzəbləndirib ki, Fransanın Moskvadakı səfiri Rusiya XİN-ə dəvət edilib və ona etiraz notası təqdim olunub.

Buna baxmayaraq Rusiya xarici işlər nazirinin müavini Arkadi Dvorkoviç TASS agentliyinə deyib ki, Rusiyada keçiriləcək 2018-ci il Dünya Futbol Çempionatından əvvəl ölkəyə gəlməsi qadağan edilənlərin siyahısı tərtib olunacaq.

Nazir müavini bunu da əlavə edib ki, Fransadan deportasiya edilənlər Rusiyada da mühakimə oluna bilərlər.

Aleksandr Şprıgin kimdir?

Şprıgin Kreml və şəxsən prezident Vladimir Putin tərəfindən dəstəklənən Ümumrusiya Azarkeşlər İttifaqının rəhbəridir.

O fotoşəkillərinin birində nasistsayağı salam verərkən görünür.

Rusiya azarkeşlərinin lideri Aleksandr Shprygin
Rusiya azarkeşlərinin lideri Aleksandr Shprygin

Dinamo Moskva komandasının azarkeşi olan Şprıgin həm də millətçi-davakar fikirləri ilə tanınan millət vəkili, Jirinovski fraksiyasının üzvü İqor Lebedevin köməkçisir və başqa sözlərlə dövlət hesabına maliyyələşdirilir.

Marsel toqquşmasının ardınca Lebedev Rusiya azarkeşlərini daha çox zorakılıqlara çağırmışdı.

Azarkeşlər ittifaqının verdiyi məlumatda deyilir ki, Şprıgin və daha 20 nəfər artıq deportasiya mərkəzinə köçürülüblər və beş gün müddətində Fransadan xaric ediləcəklər.

Qərb mediası xəbər verir ki, ingilis və rus azarkeşlər ötən şənbə günü həm matçdan əvvəl, həm də sonra toqquşublar.

Fransa prokurorluğunu məlumatına görə bilvasitə stadionda törədilmiş zorakılıq üçün məsuliyyəti“150-dək yaxşı təlim görmüş rusiyalı xuliqan” daşıyır.

Bundan sonra Rusiya yığması şərti olaraq çempionatdan xaric edilib və 150 min avro cərimələnib.

Daha beş ingilis azarkeş polisə butulka atdığına görə həbs edilib.

Ümumilikdə isə Fransa polisi çemiopnatla əlaqədar 300-dək həbs həyata keçirib.

XS
SM
MD
LG