Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:39

ABŞ rəsmisi: Rusiya ABŞ-da keçiriləcək növbəti seçkiyə müdaxilə etmək istəyir


ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Christopher Wray
ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Christopher Wray

“Rusiya 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkisinə yenə müdaxilə etmək fikrindıdir”.

AzadlıqRadiosu Rusiya xidmətinin məlumatına görə, bunu Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey (Christopher Wray) Senatın hüquqi məsələlər üzrə komitəsində keçirilən dinləmələrdə deyib.

O qeyd edib ki, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkiləri zamanı baş verənlərin təkrar olunmaması üçün tətbiq edilən sanksiyalar və digər tədbirlərə baxmayaraq, Moskva dayanmaq fikrində deyil.

Qeyd edək ki, xüsusi prokuror Robert Muller-in Rusiyanın ABŞ-da keçirilən prezident seçkisinə mümkün müdaxiləsini araşdırırb.

2 illik araşdırmalar göstərir ki, Rusiya 2016-cı ildə ABŞ-da keçirlən prezident seçkilərinə məqsədyönlü şəkildə müdaxilə edib, seçicilərə təsir etməyə, sosial saytlarda təbliğat aparmağa və yalan məlumatlar yaymağa çalışıb.

Bu istintaq nəticəsində 25 Rusiya vətəndaşı və 3 Rusiya şirkətinə qarşı rəsmi ittiham irəli sürülüb.

Vaşinqton həmçinin bu işdə əlləri olmaqda şübhəli bilinən Rusiya vətəndaşları və hərbi kəşfiyyatın əməkdaşlarına qarşı sanksiyalar tətbiq edib.

Rey belə bir bəyanatla, xüsusi prokuror Robert Mullerin, Konqresdə 2 illik istintaqın nəticələri barədə açıq hesabat verməsindən bir gün əvvəl çıxış edib.

Hesabatda deyilir ki, Rusiya seçkiqabağı kampaniyalar zamanı indiki ABŞ prezidenti Donald Trump-a kömək etməyə çalışsa da, Trump-ın özünün bununla birbaşa bağlılığı yoxdur.

Rusiya bütün ittihamları rədd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG