Keçid linkləri

2026, 09 İyul, cümə axşamı, Bakı vaxtı 12:57

Trampın xüsusi elçiləri tezliklə Moskvaya gələ bilər

Rusiya prezidenti Vladimir Putin Kremldə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff,  Donald Trampın kürəkəni Cared Kuşner və ABŞ Federal Satınalmalar Xidmətinin komissarı Coş Qruenbaum ilə görüşür.
Rusiya prezidenti Vladimir Putin Kremldə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff, Donald Trampın kürəkəni Cared Kuşner və ABŞ Federal Satınalmalar Xidmətinin komissarı Coş Qruenbaum ilə görüşür.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner yaxın vaxtlarda Moskvaya gələ bilər. Bunu Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib.

"Düşünürəm ki, gec-tez, kifayət qədər yaxın zamanda daimi həmkarlarımız Stiv Uitkoff və Cared Kuşner Moskvaya gələcəklər və biz də onlarla dialoqu davam etdirəcəyik", – Uşakov jurnalist Pavel Zarubinə deyib.

Onun sözlərinə görə, Vaşinqtonun Ukrayna məsələsini kənara qoyduğunu demək olmaz.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, sülh danışıqları üçün Moskvaya nümayəndə heyəti göndərməyə hazırdır.

"Bunu edərdim. Bu müharibənin başa çatmasını çox istəyirəm", – Tramp söyləyib.

8 may

Rubio: ABŞ Moskva ilə Kiyev arasında vasitəçiliyi dayandıra bilər

ABŞ əvvəlki kimi Rusiya ilə Ukrayna arasında sülh əldə olunması üçün vasitəçi rolunu oynamağa hazırdır, lakin nizamlanma prosesi irəliləməsə, "Vaşinqton vaxt itirməyəcək". Bunu İtaliyada səfərdə olan ABŞ dövlət katibi Marko Rubio deyib.

Rubio bildirib ki, ABŞ-nin səyləri hələlik bir sıra səbəblərə görə nəticə verməyib və danışıqlar dalana dirənib.

"Vaxtımızı boş yerə itirmək, irəliləyiş gətirməyən təşəbbüslərə əbəs yerə güc və enerji sərf etmək istəmirik", – dövlət katibi deyib.

Bir gün əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da Moskva, Vaşinqton və Kiyev arasında üçtərəfli danışıqların növbəti raundunun indi təşkil edilməsinin "vaxt itkisi" olacağını bildirmişdi. Onun sözlərinə görə, danışıqların bərpası üçün Ukrayna Donetsk vilayətinin nəzarətində saxladığı hissəsindən qoşunlarını çıxarmalıdır.

"Hər kəs – deyərdim ki, Ukrayna təmsilçiləri də – anlayır ki, hazırda Kiyev yalnız bir ciddi addım atmalıdır. Bundan sonra, birincisi, hərbi əməliyyatlar dayandırılacaq, ikincisi isə, uzunmüddətli nizamlanmanın ciddi müzakirəsi üçün imkan yaranacaq", – Uşakov mayın 7-də deyib.

ABŞ də bundan əvvəl Ukrayna qoşunlarının çıxarılmasının Rusiyanın əsas tələbi olaraq qaldığını bildirib. Kiyev isə bu tələbin qəbuledilməz olduğunu dəfələrlə vurğulayıb. Hazırda Donetsk vilayətinin 20 faizi Ukraynanın nəzarətindədir.

Rubio İtaliyada jurnalistlərə onu da deyib ki, Vaşinqton İranın ABŞ-nin sülh təşəbbüslərinə cavabını bu gün – mayın 8-də gözləyir.

Dövlət katibi İtaliyada baş nazir Corca Meloni və Roma Papası XIV Leo ilə görüşüb. Məqsəd ABŞ administrasiyası ilə Vatikan arasında yaranmış gərginliyi yumşaltmaq idi. Prezident Donald Tramp İranla müharibə məsələsində tutduğu mövqeyə görə Papanı sərt tənqid etmişdi.

XS
SM
MD
LG