Keçid linkləri

Təcili xəbərlər
2020, 12 Avqust, çərşənbə, Bakı vaxtı 03:22

Rüstəm Usubov vəzifədən çıxarıldı və...


R.Usubov

Bugün, mayın 21-də Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Baş prokurorun birinci müavini Rüstəm Usubov və Baş prokurorun müavini Namiq Əsgərov tutduqları vəzifədən azad ediliblər. Həmin gün onlara "Əməkdar hüquqşünas" fəxri adı verilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

1954-cü il təvəllüdlü R.Usubov 2005-ci ildən həmin vəzifədə çalışırdı.

Dövlət başçısının imzaladığı digər sərəncamlarla Elçin Məmmədov Baş prokurorun birinci müavini, Elmar Camalov müavini, Nazim Rəcəbov isə Baş prokurorun müavini- Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Xatırlatma

Bu il mayın 1-dən Azərbaycanın baş prokuroru dəyişib. Milli Məclis Kamran Əliyevi ölkənin baş prokuroru vəzifəsinə təsdiqləyib.

O, bundan əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi olub.

K.Əliyevdən öncə bu vəzifəni 2000-ci ildən Zakir Qaralov tutub.

XS
SM
MD
LG