Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 10:31

Azərbaycanın Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanınması nə deməkdir? [video]


Azərbaycan Fələstin məsələsində hansı mövqeyi tutsun?
Gözlə

No media source currently available

0:00 0:14:45 0:00

Azərbaycan Fələstin məsələsində hansı mövqeyi tutsun? [A-Live]

İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin Paytaxtı elan etdi. Bununla bağlı dekabrın 13-də İstanbulda keçirilən zirvə toplantısında yekun bəyannamə qəbul edilib. Toplantıya 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.

Prezident İlham Əliyev bu toplantıda çıxışında Azərbaycanın da Şərqi Qüdsün Fələstinin paytaxt kimi tanınması fikrini dəstəklədiyini bildirib:

“Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır. Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir”.

Buna da bax: Erdoğan Qüdsü Fələstin paytaxtı kimi tanımağa çağırıb

İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən zirvə toplantısı. 13dek2017
İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən zirvə toplantısı. 13dek2017

İlham Əliyev bildirib ki, Azərbaycan Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.

Yada salaq ki, dekabrın 6-da ABŞ prezidenti Donald Trump Yerusəlimi - Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. ABŞ-dan sonra Çexiya da oxşar qərar verib. Bu qərar dünyada etirazla qarşılanıb.

Azərbaycanda da Bakının bu məsələyə mümkün yanaşmaları barədə ziddiyyətli fikirlər var.

Buna da bax: İlham Əliyev: 'ABŞ bu qərara yenidən baxmalıdır'

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər hesab edir ki, Azərbaycan bu məsələdə ortaya ciddi mövqe qoymaqdan çəkinməməlidir:

İsa Qəmbər
İsa Qəmbər

“Çünki Azərbaycan bütün dünyanı Qarabağ münaqişəsinin həllində ədalətli mövqe tutmağa çağırır. Sən başqa dövlətlərdən, dünya ölkələrindən probleminin ədalətli həlli ilə bağlı ortaya mövqe qoymaqlarını, ədalətli yanaşmalarını istəyirsənsə, özünün də ortaya ədalətli və prinsipial mövqe qoymağa cəsarətin olmalıdır”.

İsa Qəmbərin fikrincə, İslam həmrəyliyi də önəmlidir, dövlətin maraqları da. Amma bir dövlət xalqın yanında olub, ortaya ədalətli mövqe də qoya bilər. Onun fikrincə, Azərbaycanın mövqeyi münaqişənin ədalətli, tərəflərin maraqları qorunmaqla, beynəlxalq hüquqa uyğunun həllinin tərəfdarı ola bilər.

Buna da bax: Trump-ın Qüds qərarının hansı nəticələri ola bilər

Politoloq Elxan Şahinoğlu isə düşünür ki, Azərbaycan İsraillə düşmənçiliyi aparıb çıxara biləcək addımlardan çəkinməlidir:

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

“Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan İslamın yaşıl bayrağını əlində möhkəm tutaraq ABŞ və İsrailə meydan sulamaq istəyir. Vaxt keçəcək Trump-ın Qüds qərarı arxa plana düşəcək, ancaq Erdoğanın sərt ritorikası unudulmayacaq. Erdoğan Azərbaycanın da təhlükəsizlik maraqları ilə hesablaşmalıdır. Biz oturduğumuz yerdə İsraillə düşmən ola bilmərik. Bəli, biz İsrail-Fələstin münaqişəsiylə bağlı BMT qətnamələrinin yerinə yetirilməsini tələb edirik, Trump-ın Qüds qərarını tənqid edirik, ancaq Bakı bəlli səbəblərdən (silah və neft alqı-satqısı) İsrailə qarşı ritorikasını sərtləşdirə də bilməz”.

Buna da bax: Bu ilin 10 ən yaxşı fotosu [fotolar]

Politoloq Zərdüşt Əlizadə isə tam fərqli fikirdədir. Onun fikrincə, İslam dövlətləri həmrəylik göstərib, Türkiyədə bir araya gəlirlər, amma bunun arxasında vahid güc və iradə yoxdur:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Öz birliklərini qoya bilərdilər, amma bu birlik yoxdur, didişirlər. Öz iqtisadi inkişafını qoya bilərdi, bunu görmürük. Biz əksinə yüksələn korrupsiya, mənasız xərclər, qərbə nökərçilik, öz xalqı ilə hesablaşmamanı görürük. Müsəlman dünyasını parçalayan mənasız münaqişələri görürük. Yəni, təəssüf ki, müsəlman dünyasının gücü yoxdur. Düzdür İstanbulda bir araya gəlirlər, tənqidi bəyanat da verəcəklər. Amma bunun arxasında vahid güc və iradə yoxdur”.

Buna da bax: Putin və Erdoğan Trump-ın Yerusəlim qərarına qarşıdırlar

Bunlar ekspertlərin bu qaynar münaqişə barədə fikirləri idi. Müzakirə barədə fikirlərini bölüşməyi Bakı küçələrində təsadüfi rastlaşdığımız sakinlərdən də soruşmuşuq:

Sizcə, Azərbaycan Qüds məsələsinə necə yanaşmalıdır?
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Azərbaycanın əhalisinin əksəriyyəti müsəlman olsa da uzun illərdir İsraillə də sıx iqtisadi və siyasi əməkdaşlıq edir. Son illər Azərbaycanın İsraillə hərbi əməkdaşlığı gücləndirməsi, İsraildən aldığı silahlar hətta uzun müddət onunla qarşıdurma şəraitində olan Ermənistanın kəskin etirazlarına səbəb olmuşdu.

Buna da bax: Trump deyir ki, Yerusəlimi İsrailin paytaxtı kimi tanıyır

Son hadisələrə qədər Azərbaycan rəsmiləri adətən İsrail-Fələstin münaqişəsinə məsafə saxlamaqla reaksiya verir, bu məsələnin BMT qərarları çərçivəsində həllinə tərəfdarıq kimi ifadələrlə cavab verirdilər.

Buna da bax:

Istanbulda Fələstinə dəstək mitinqi. Erdogan: 'Ey Trump...'
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG