Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 11:16

İlham Əliyev: 'ABŞ bu qərara yenidən baxmalıdır'


İlham Əliyev İstanbulda Zirvə toplantısında.
İlham Əliyev İstanbulda Zirvə toplantısında.

“ABŞ prezidentinin beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olaraq Qüds şəhərini İsrailin paytaxtı kimi tanınması və səfirliyin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır”.

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən fövqəladə zirvə toplantısındakı çıxışında belə deyib. President.az saytı onun çıxışının tam mətnini yayıb.

İ.Əliyev bildirib ki, sözügedən qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər.

Buna da bax: Erdoğan Qüdsü Fələstin paytaxtı kimi tanımağa çağırıb- YENİLƏNİR

“Hesab edirik ki, ABŞ bu qərara yenidən baxmalıdır”, – deyən İlham Əliyev Azərbaycanın ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəklədiyini ifadə edib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən fövqəladə zirvə toplantısı
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən fövqəladə zirvə toplantısı

Azərbaycanın hər zaman Fələstin xalqının yanında olduğunu vurğulayan İ.Əliyev ölkəsinin İslam həmrəyliyi işinə töhfə verməsindən də bəhs edib.

O, Dağlıq Qarabağ münaqişəsinə də diqqət ayırıb. Münaqişəsinin həllində Azərbaycana dəstək verən islam ölkələrinə təşəkkür edən prezident Ermənistanın hələ də Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal altında saxladığını bildirib.

Buna da bax: Trump-ın Qüds qərarının hansı nəticələri ola bilər

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 12-si Türkiyəyə səfər edib.

İ.Əliyevi Türkiyəli həmkarı Receb Tayyib Erdoğan dəvət edib. Azərbaycan prezidenti İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə zirvə toplantısında iştirak edir.

Toplantı dekabrın 13-də başlayıb.

Dekabrın 6-da ABŞ prezidenti Donald Trump Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bəyan edib. Bununla bağlı hələ Bill Clinton ABŞ prezidenti olarkən qanun imzalansa da, bunun icrası təhlükəsizlik baxımından ertələnirdi.

Bu qərar bölgədə yəhudi-ərəb qarşıdurmasına və bəzi islam ölkələrində narazılığa səbəb olub.

Buna da bax:

BMT Təhlükəsizlik Şurası Trump-ın Qüds qərarına görə toplaşır
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG