Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:44

Erdoğan Qüdsü Fələstin paytaxtı kimi tanımağa çağırıb- YENİLƏNİR


R.T.Erdoğan
R.T.Erdoğan

Türkiyə prezidenti Recep Tayyip Erdoğan dünya ölkələrini “işğal olunmuş Qüdsü Fələstinin” paytaxtı kimi tanımağa çağırıb. Erdoğan-ın fikrincə, bu, Birləşmiş Ştatların Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımasına cavab kimi gerçəkləşməlidir.

Erdoğan dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitini açıb. O deyib ki, Qüds İslam məbədlərinin işğalını qəbul etməyən müsəlmanlardan ötrü “qırmızı xətt”dir.

Türkiyə prezidenti İsraili “terror” dövləti adlandırıb.

"PROVOKASİYA"

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas deyib ki, ABŞ-ın hərəkəti Vaşinqtonun Yaxın Şərqdə sülh vasitəçisi kimi roluna son qoydu.

Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas deyib ki, Trump-ın qərarı dünyada sülhə təhlükə yaradan “cinayət”dir. Onun sözlərinə görə, dünya Qüdsün şərqini gələcək Fələstin dövlətinin paytaxtı kimi tanımasa, regionda sülh bərqərar olmayacaq.

Mahmud Abbas deyir ki, beynəlxalq ictimaiyyət demək olar ki, yekdilliklə Trump-ın qərarına qarşı çıxıblar, bunu müsəlman və xristianların hisslərinə qarşı “provokasiya” adlandırıblar. Onun sözlərinə görə, bölünmüş şəhərin mənsubiyyətini qorumaqdan ötrü tədbirlər görülməlidir.

***
Sammitdə İran prezidenti Hassan Rohani, Əfqanıstan prezidenti Ashraf Ghani də iştirak edir.

Ötən həftə ABŞ prezidenti Donald Trump Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirib. ABŞ-ın on illərdir apardığı xarici siyasətə zidd sayılan bu qərar regionda gərginlik yaradıb, İsrail ordusuyla fələstinlilər arasında toqquşmalar baş verib.

Trump-n qərarı bütün dünyada müsəlmanların etirazını doğurub. Fələstinlilər Şərqi Qüdsü gələcək dövlətlərinin paytaxtı kimi görürlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG