Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Oktyabr, şənbə, Bakı vaxtı 08:53

QMİ orucluğun vaxtını açıqladı


Təzəpir Məscidi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

QMİ-dən verilən məlumata görə, fətvada bildirilir ki, ölkə ərazisinin üfüqündə Ay hilalının görünməsinə uyğun olaraq Ramazan ayının 1-i miladi təqvimlə bu il aprelin 25-nə təsadüf edəcək.

Fətvada bildirilir ki, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək: "Ramazan ayının başlanma və bayram günü tarixləri Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən müəyyən edilir".

Orucun mühüm əməllərindən biri sayılan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazilər Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının imkansızlara verilməsi məsləhətdir.

Xatırlatma

İslam dininə görə, «Qurani-Kərim» Ramazan ayında nazil olduğundan bu ay müqəddəs sayılır. «Qurani-Kərim»də həmin ayda oruc tutmaq vacib bilinir. Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla, bütün müsəlmanlara tövsiyə edilib. Bu ayda mömin müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar.

Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.

Multimedia

XS
SM
MD
LG