Keçid linkləri

2017, 26 Mart, bazar, Bakı vaxtı 13:15

Qızını tayqada tək buraxan valideynə cinayət işi qaldırılıb


Tuvanın rayonlarından birində Şaman simvolu 15 oktyabr 2015

Tuvanın rayonlarından birində Şaman simvolu 15 oktyabr 2015

Tayqada 4 yaşlı qızını qoca valideynlərinin himayəsində qoyan Tuva sakini barəsində cinayət işi qaldırılıb.

Bu barədə Rusiya İstinqtaq Komitəsindən bildiriblər.

4 yaşlı uşağın adı açıqlanmayan 31 yaşlı valideyni “təhlükədə qoyma” ittihamı ilə üzləşib.

İstintaq hesab edir ki, qadın valideynlərinin Тере-Хольского rayonunun uzaq yaşayış məskənində yaşadığını, bura gedib-gəlməyin çətin oldugunu bilirdi:

“Onu da bilirdi ki, ahıl yaşındakı insanlar uşağın təhlükəsizliyini təmin etmək iqtidarında deyillər”.

Fevralın 8-də uşağın nənəsi xəstələnib, ona görə də 4 yaşlı uşaq yaxınlıqdakı yaşayış məskəninə köməyə gedib: “Uşaq tayqada 8 km yol gedib”, istintaq bildirib.

Uşaq həkim nəzarətindən keçirilib, onda ümumi donvurma olsa da, sağlamlığına hər hansı təhlükə müşahidə edilməyib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG