Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 05:41

Qiyas İbrahimovun həbs müddəti artırıldı, atası cəzalandırıldı


Həsən İbrahimov
Həsən İbrahimov

Keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqdan sonra narkotik ittihamı ilə 10 il cəza almış gənc fəal Qiyas İbrahimovun atası da cəzalandırıldı. Dekabrın 18-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərov bu haqda hökm çıxarıb.

Hökmə əsasən, Həsən İbrahimov aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib. Qiyasın 10 illik cəzası daha 3 ay artırılıb.

***Buna da bax-Qiyas İbrahimov: '... ən yaxşı yer həbsxanadır'

Onlar Qiyas haqqında 10 illik hökmdən şikayətə baxan və onu qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin hakimləri Vüqar Məmmədov, Əmir Bayramov və Əflatun Qasımova hörmətsizlikdə suçlanır. Ata və oğul İbrahimovlara CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham verilib. Bu maddədə 500 manata qədər cərimə, iki ilədək islah işləri və ya altı aya qədər həbs cəzası nəzərdə tutulub.

Hakim Q.İbrahimova bu maddə ilə altı ay cəza təyin edib. Amma ona verilmiş əvvəlki 10 illik cəza ilə qismən toplamaqla üzərində qəti olaraq, 10 il 3 ay həbs saxlanılıb.

***Buna da bax-Nəzarətçilər: 'Həsən İbrahimov hakimlərə 'alçaq oğlu alçaqlar' deyib...'

Prokuror çıxışında gənc fəalın həbsdə olarkən təkrar cinayət törətdiyini iddia edərək, onun bundan sonra cəzasını ciddi rejimli müəssisədə çəkməsini istəmişdi. Amma məhkəmənin hökmündə göstərilib ki, Qiyasın bu dəfə ittiham olunduğu əməl onun haqqında əvvəlki hökm qüvvəyə minməmiş (apellyasiya məhkəməsinin qərarı elan olunmamışdan öncə -red.) baş verdiyindən, residiv hesab olunmur.

Vəkil Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, hökm qanunsuz və əsassızdır, apellyasiya şikayəti veriləcək.

Xatırlatma

NİDA Vətəndaş Hərəkatının üzvü olan Q.İbrahimov digər fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanıblar. Onlar narkotikdə ittiham ediliblər. Amma məhkəmədə bu ittihamı rədd edərək, keçmiş prezident Heydər Əliyevin abidəsinin üzərində «Qul bayramınız mübarək» yazıldığına görə həbs edildiklərini bildiriblər. Gənclər məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrum ediliblər.

«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb. Amma hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bildiriblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG