Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:08

Şura Əmiraslanova: 'Qiyas zəng eləmir, ona görə narahatam'


Qiyas İbrahimov yeni ittihamla məhkəmə qarşısında
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Qiyas İbrahimov yeni ittihamla məhkəmə qarşısında

Noyabrın 29-da Yasamal Rayon Məhkəməsində keçmiş prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqdan sonra həbs olunan Qiyas İbrahimovun işinə baxılmalıydı. Bakı Apellyasiya Məhkəməsində onun işinə baxmış hakimlərə qarşı hörmətsizlikdə ittiham olunan gənc fəal bu işdə atası Həsən İbrahimovla birlikdə mühakimə olunur.

Amma Qiyası məhkəməsinə gətirməyiblər. İşə baxan hakim bildirib ki, dustaqları məhkəməyə gətirən Penitensiar Xidmətin əməkdaşları gecikiblər, ona görə də Q.İbrahimovu gətirib çatdıra bilməyiblər. Bu səbəbdən də hakim Qiyas və atasının məhkəməsini dekabrın 6-na saxlayıb.

Q.İbrahimovun anası Şura Əmiraslanova buna etiraz edib. Bildirib ki, oğlunun taleyindən narahatdır.

***Buna da bax-Nəzarətçilər: 'Həsən İbrahimov hakimlərə 'alçaq oğlu alçaqlar' deyib...'

«Sonuncu məhkəmə iclasından sonra Qiyasdan heç bir xəbər yoxdur. Dustağın həftədə iki dəfə yaxınları ilə danışmaq hüququ var. Son məhkəmədən bir həftə keçib, amma Qiyas heç zəng eləməyib. Buna görə nigaran idim. Bu gün məhkəməyə gətirilməməsi narahatlığımı bir az da artırdı. Niyə gecikirlər? Niyə kimlərəsə görə mənim övladım yollarda qalmalıdır?», - Ş.Əmiraslanovanın sözləridir.

Q.İbrahimov narkotik ittihamı ilə ona verilmiş 10 illik cəzanı 2 Saylı Cəzaçəkmə Müəssisəsində çəkirdi. Onun və atasının haqqında CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə yenidən iş başlayandan sonra gənc fəal Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasına köçürülüb.

***Buna da bax-Qiyas İbrahimovun anası: 'Bu, qisasçılığın nəticəsidir'

XATIRLATMA

Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov ötən il mayın 10-da saxlanıblar. Onlar qanunsuz narkotik maddə dövriyyəsində suçlanaraq, 10 il azadlıqdan məhrum ediliblər. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər, onlar keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs olunublar.

«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu «vicdan məhbusu» elan edib. Təşkilatın fikrincə, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.

Hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Bu il iyulun 13-də Q.İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona cinayət işi açıldığı bildirilib. Cinayət işi Bakı Apellyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim V.Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q.İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək, «Balalarınızdan görəsiniz...» deyib. Bu, hakimə hörmətsizlik sayıla bilər. İttiham təsdiqlənərsə, onu 6 ayadək həbs gözləyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG