Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:54

Çin 'müsəlmanlara qarşı repressiyaları dəstəkləyən' Qazaxıstana təşəkkür edib


Qazaxıstan və Çinin xarici işlər nazirləri Beibut Atamkulov (solda) və Wang Yi martın 28-də Pekində görüşüblər

Çin özünün uzaq qərbində yerləşən Sintzyan rayonunda həyata keçirdiyi antimüsəlman repressiyalarında ona verdiyi dəstəyə görə Qazaxıstana təşəkkürünü bildirib.

Beynəlxalq icma və insan haqları təşkilatları Çini məhz bu regiondakı zorakı siyasətlərinə görə sərt tənqid edir.

Çinin Sintzyanda qurduğu məhbus düşərgələrində saxlananların əksəriyyəti uyqurlar, qazaxlar və başqa əsasən türkdilli və müsəlman xalqların nümayəndəliridir.

BMT-nin keçən il hazırladığı hesabatda deyilir ki, Çin “antiekstremist mərkəzləri” adlandırdığı bu düşərgələrdə 1 milyon insanı məhbus edib.

Hesabatda qeyd olunur ki, daha bir neçə milyon insan “təkrar tərbiyə” düşərgələrinə salınıb.

Pekin bu düşərgələrin həbsxana olmadığında israr edir. Çin iddia edir ki, bu mərkəzlərdə insanları terrorizmin təsirlərindən qoruyur və yenidən cəmiyyətə reinteqrasiya edirlər.

Martın 28-də Çinin xarici işlər naziri Wang Yi qazaxıstanlı həmkarı Beibut Atamkulovla Pekində görüşüb.

Çin Xarici İşlər Nazirliyinin bəyantına görə Atamkulov bu görüşdə deyib ki, Çinin Sintzyan rayonunda terrorizm, separatizm və ekstremizmə qarşı gördüyü tədbirləri anlayır və dəstəkləyir.

Bu bəyanata cavab olaraq Wang deyib ki, “biz qazax hökumətinin Çinin mövqeyini başa düşməsini və dəstəkləməsini qiymətləndiririk və heç kimin Çin və Qazaxıstan arasında olan dostluğa və qarşılıqlı etimada ziyan vurmasına imkan verməyəcəyik”.

Qazaxıstanın Xarici İşlər Nazirliyi Atamkulovun Sintzyan barədə bəyanatına toxunmur və sadəcə olaraq bildirir ki, “bu görüş zamanı Çin Xalq Respublikasında yaşayan etnik qazaxların vəziyyəti müzakirə edilib”.

Türkdilli, müsəlman qazaxlar Sintzyanda uyqurlardan sonra ikinci böyük etnik icmadır. Burada habelə etnik qırğızlar, taciklər, əsasən dunqanlar kimi tanınan huy icmaları yaşayır. Dunqanlar etnik baxımdan türk olsalar da, ana dilləri çin dilidir.

Yanvar ayında Qazaxıstanda keçirilmiş bu aksiyada etirazçılar əllərində Sinzyanda itkin düşən qohumlarının şəkillərini tutublar
Yanvar ayında Qazaxıstanda keçirilmiş bu aksiyada etirazçılar əllərində Sinzyanda itkin düşən qohumlarının şəkillərini tutublar

Çin qonşu Qazaxıstanın ən böyük ticarət partnyorudur və dövlər nəzarətində olan qazax mediası Çindəki etnik qazaxların problemindən yan keçməyə çalışır.

Qazaxıstan polisi bu ay Qazaxıstan vətəndaşlığı almış əslən sintzyanlı Serikzhan Bilash adlı birinə qarşı etnik nifrəti qızışdırmaq ittihamı irəli sürüb. O Çindəki qazaxların hüquqlarını müdafiə edən aksiyalar keçirirdi.

Ötən oktyabrda Çin vətəndaşlığı olan və oradan qaçmış etnik qazax Sayragul Sauytbaya ailəsinin məskunlaşdığı Qazaxıstanda siyasi sığınacaq verilməyib. O özünün məhkəmədəki çıxışında Çindəki “təkrar tərbiyə” düşərgələri barədə müfəssəl məlumat vermişdi.

Son aylarda Çində müsəlmanların repressiyaları əleyhinə nümayişlər Qazaxıstanda, Qırğızıstanda və Rusiyanın Tatarıstan Respublikasında keçirilib.

XS
SM
MD
LG