Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:50

Çin 2000-dək etnik qazağın ölkədən çıxmasına icazə verib


Çində təqib edilən etnik qazaxların qohumları Almatıdakı ABŞ Konsulluğunun qarşısında. Foto ötən ilin sentyabrında çəkilib
Çində təqib edilən etnik qazaxların qohumları Almatıdakı ABŞ Konsulluğunun qarşısında. Foto ötən ilin sentyabrında çəkilib

Qazaxıstanın Xarici İşlər Nazirliyi bildirir ki, Pekin 2000 etnik qazağın Çin vətəndaşlığından imtina edərək ölkədən çıxmasına icazə verdiyini bəyan edib.

Çinin Sintzyan əyalətindəki hakimiyyət orqanları kütləvi təqib və saxlama kampaniyasına başlayıb. Hökumət on minlərlə və bəlkə də bir milyondan artıq adamı Pekinin “tərbiyələndirmə məhkəzi” adlandırdığı saxlama düşərgələrinə salıb.

Bu düşərgələrdə saxlanmış keçmiş məhbuslar bildiriblər ki, orada onlardan öz mədəniyyət və inanclarından əl çəkmələri tələb edilir və onlar güclü siyasi təbliğata məruz qoyulur.

Uyqur, qazax və və başqa etnik azlıqların saxlanması qonşu Qazaxıstanda son dərəcə həssas məsələ hesab olunur.

Çin Astananın əsas ticarət partnyorudur və Qazaxıstanın dövlət nəzarətində olan mediası qonşu ölkədə saxlama məntəqələrinin mövcudluğu mövzusundan yan keçməyə çalışır.

Lakin bu məsələ geniş beynəlxalq əks-sədaya səbəb olduqdan sonra Qazaxıstan hökumətinin üzərinə düşən təzyiq də artır.

Qazaxıstan XİN yanvarın 9-da Pekinin 2000-dək qazağa ölkəni tərk etmək icazəsi verdiyinə dair mediada hələ dekabr ayından dolaşan xəbərləri təsdiqləyib.

XİN-in bəyanatında deyilir ki, Çini tərk edən qazaxlar Qazaxıstana gəldikdən sonra burada ölkə vətəndaşlığı və ya daimi məskunlaşma haqqı üçün müraciət edə bilərlər.

Çinin Xarici İşlər Nazirliyi bu xəbərlərlə bağlı rəsmi açıqlama verməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG