Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

'Bütün Qazaxıstan' Latın əlifbasından imtahan verir


Qazaxıstan məktəblərində Latın qrafikasını öyrənməyə başlayıblar
Qazaxıstan məktəblərində Latın qrafikasını öyrənməyə başlayıblar

Qazaxıstanda tələbələrin Latın əlifbasını necə əxz etdiklərini yoxlamaq məqsədilə ümumölkə imtahanı keçirilib. Bu ölkədə indiyədək əsasən Kirill əlifbasından istifadə olunur.

30 dəqiqəlik test noyabrın 14-də Qazaxıstanın bütün universitetlərində eyni vaxtda keçirilib.

Tələbələr səsucaldanlardan diqtə edilən mətni Latın əlifbası ilə yazmalı idilər.

Bundan əlavə Mədəniyyət və İdman Nazirliyi adamları qeyri-rəsmi olaraq öz evlərində bu testi icra etməyə çağırmışdı. Mətn iki radiostansiya və iki internet saytından diqtə olunurdu.

Məqsəd əhalisi 18, 5 milyon nəfər olan ölkədə tədricən Latın əsaslı qrafikaya keçilməsidir.

Prezident Nursultan Nazarbayev 2017-ci ilin aprelində bəyan etmişdi ki, bütün nəşrlər, sənədlər və küçə nişanları 2025-ci ilədək Latın qrafikasında olmalıdır. O bu barədə fərmanı həmin ilin oktyabrında imzalayıb.

Bir çox şərhçilər Qazaxıstanın Latın qrafikasına keçmək cəhdlərini Sovet keçmişindən və Rusiyanın nüfuzundan aralanmaq niyyəti ilə izah edirlər.

1929-cu ildə bütün Sovet İttifaqındakı müsəlman xalqların əlifbası Ərəb qrafikasından Latın qrafikasına keçirilmişdi.

Lakin 1940-cı ildə bu əlifba da Kirill əlifbası ilə əvəz edilmişdi. Daha çox rus əlifbası kimi tanınan bu qrafika bütün xalqları rus xalqına yaxınlaşdırmalı, habelə rus dilinin tədrisinin asanlaşdırmalı idi.

Noyabrın 2-də Qazaxıstanda tam Latın qrafikası ilə nəşr edilmiş ilk qəzet çapdan çıxıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG