Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:38

Putinə uşaqlara daha çox səmimiyyət göstərməyi kim məsləhət verib?


Rusiyada uşaqlar Putin üçün mahnı oxuyur.
Rusiyada uşaqlar Putin üçün mahnı oxuyur.

Rusiya 2000-ci ilin ortalarında özünün Qərbdəki imici ilə ilk dəfə ciddi məşğul olmağa başlayıb. Bu, Qərbin Putin demokratiyasının metodlarına hələ təzə-təzə şübhə ilə yanaşdığı vaxtlar idi.

30 milyon dollar?

Kreml ABŞ-ın "Ketchum" piar agentliyi ilə, az qala, 10 il əməkdaşlıq edib. 2006-cı ildən 2014-cü ilin ortalarınadək bu şirkət öz gəlir bəyannamələrində Rusiyadan toplam 30 milyon dollar aldığını göstərib. Rusiya hökuməti şirkətlə ilk kontraktı Böyük Səkkizlərin Sankt-Peterburqda keçirilən sammiti ərəfəsində imzalayıb. Britaniyanın "The Telegraph" qəzeti o zaman sammit ətrafında baş verənləri, hətta Putinin Nikita adlı oğlan uşağını qarnından öpməsini də "Ketchum"un təşəbbüsləri ilə əlaqələndirmişdi. "Piar agentliyi Putinə uşaqlara daha çox səmimiyyət göstərməyi məsləhət görmüşdü", - məqalədə belə deyilirdi.

Buna da bax:​ Fransalı rusiyapərəst namizəd Kremldə Putinlə görüşüb

2006-cı ildə "Russia Today" telekanalı fəaliyyətə başladı. Kanal qlobal olaylara Rusiyanın baxışını və xaricilərə Rusiya haqqında materialları yayır.

“Bəyaz buğa” məsələsi?

Prezident köməkçilərinin tez-tez ictimaiyyət arasına çıxması da elə o dövrdən başlanır. Ukraynayla ilk qaz savaşının qızğın çağında onlar iddia edirdilər ki, Rusiya qonşularını qorxutmağa çalışmır və enerji amilindən siyasi silah kimi yararlanmır. Bununla eyni vaxtda "Qazprom" da "Ketchum"la saziş bağlamışdı. Daha sonra artıq baş nazir postunda qərarlaşan Putin də siyasi silah haqqında danışmağa başladı:

"Bu, köhnə söhbətdir. Xalq arasında deyilən kimi, yenə o "ağ buğa" məsələsidir. Siyasi silahdan danışsaq, mən heç bir siyasi enerji silahı tanımıram. Biz siyasi məsələləri iqtisadi məsələlərlə qarışdırmırıq. Bunu edənlərsə təkcə bir məqsəd güdürlər - öz iqtisadi bacarıqsızlıqlarını və öhdəlikləri yerinə yetirmək istəksizliklərini gizlətmək istəyirlər".

Buna da bax:​ Putin-in 'dəmir ledi'ləri

2007-ci ilin dekabrında Kreml "Ketchum"un işindən razı qalaraq şirkətlə yeni saziş imzaladı. Həmin il "TIME" jurnalı Putini "ilin adamı" elan etdi. Onun şəkli jurnalın üz qabığına "yeni Rusiyanın çarı" yazısı ilə çıxdı. "Forbes"un mənbələri iddia edirdilər ki, "Ketchum" bu məsələ ilə bağlı lobbiçilik etməyib. Ancaq sonradan şirkətin əməkdaşları bu nailiyyəti öz adlarına yazdılar. Onlar ABŞ-ın Suriyadakı hərbi planları haqda Putinin məqaləsinin "New York Times"da çıxmasını təşkil etdiklərini iddia etdilər. Ancaq söhbət ödənişli məqalədən yox, müəlliflə nəşr arasında əməkdaşlıqdan gedirdi.

Əməkdaşlığın zirvə nöqtəsi

"Ketchum"un əməkdaşları deyirdilər ki, şirkətin məqsədi investorları Rusiyaya cəlb etməkdir. Onlar bunu Rusiyanın qonşuları ilə gərgin münasibətlərini və ölkədə insan hüquqları pozuntularını maskalamaqla edirdilər. Şirkətin əməkdaşları özəl söhbətdə "The New York Times"a bildiriblər ki, "Ketchum" hələ 2008-ci ildə - Rusiya Gürcüstanla səkkiz günlük savaşa başlayanda Kremllə razılaşmanı pozmaq barədə düşünürlərmiş. Düşünsələr də, gerçəyə çevirməmişdilər.

Buna da bax:​ Rusiyada müsəlman məhbuslarla qanuni oğruların münasibətləri

Amerika piarçılarının Kremllə əməkdaşlığının zirvə nöqtəsi 2014-cü ildə keçirilən Soçi Olimpiadası oldu. Olimpiya oyunları zamanı "Ketchum" Kremli təmsil edir, ABŞ-ın iri televiziya kanallarından olan NBC ilə əlaqəni təmin edirdi. Elə həmin il "Ketchum" əməkdaşları Ukraynada vəziyyətlə bağlı Qərb mətbuatında Rusiyaya qarşı yönəlmiş hücumları dəf etməklə məşğul idilər. Ancaq bu əməkdaşlıq get-gedə zəifləyirdi.

“İnformasiya savaşı”nda piar işə yaramır?

Kreml "Ketchum"un xidmətlərindən 2015-ci ilin əvvəlində - Krımın ilhaqından və Donbasda qızğın hərbi əməliyyatların başlanmasından sonra imtina etdi. O zaman Vladimir Putinin mətbuat katibi bəyan etmişdi ki, artıq "informasiya savaşı" çərçivəsində piar işə yaramır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG