Rusiya prezidenti Vladimir Putin Soçi Olimpiadası ilə həm də ölkəsinin 1990-cı illərin post-sovet xaosundan çıxdığını sübut edəcəyinə ümidli idi. Amma korrupsiya barədə suallar, təhlükəsizliyin necə təmin edilməsindən nigarançılıqlar, keçən il qəbul edilmiş cinsi azlıqlara dair təbliğatın qadağan edilməsi haqqında qanun prezidentin planlarına da kölgə salır. Olimpiadanın başlaması ərəfəsində Qərb jurnalları da özlərinin qapaq fotolarında bu məsələlərə diqqət çəkirlər.
Qərb jurnallarının üz qabığında təqdim edilən Putin
1
"The Economist" qeyd edir ki, Vladimir Putin bu Olimpiada ilə ölkəsinin üzünü ağartmağa çalışsa da "yarışların təşkili əslində getdikcə dərinləşən problemləri" üzə çıxardı.
2
Barry Blitt bu karikaturasına "Öz oxşarının jürisi" adını qoyub. Bəzi Qərb dövlətləri Soçiyə yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina etdi. ABŞ nümayəndələri və cinsi azlıalardan olan 3 idmançısı Rusiyanın cinsi azlıqlarla bağlı qanununu tənqid etdilər.
3
"The Newsweek"də "təhlükəli önyarğılar və homofobiya" deyərək fiqurlu konkisürənlərə dair stereotiplərdən bəhs edir.
4
Simon Schuster "Polad həlqə" adlı məqaləsində Rusiyanın mümkün terror hücumlarına qarşı tədbirlərindən bəhs edir.