Keçid linkləri

Təcili xəbərlər
2020, 10 Avqust, Bazar ertəsi, Bakı vaxtı 22:14

Polşada prezident seçkisinin 2-ci turu


Rafal Trzaskowski və Andrzej Duda, 22 iyun 2020

İyulun 12-də Polşada prezident seçkisinin ikinci turu keçirilir. Ekspertlərin rəyinə görə, bu seçki ölkənin Avropa Birliyi ilə münasibətlərinə müəyyən edəcək. 

İyulun 12-də Polşada prezident seçkisinin ikinci turu keçirilir. Ekspertlərin rəyinə görə, bu seçki ölkənin Avropa Birliyi ilə münasibətlərini müəyyən edəcək.

Ölkə rəhbərliyinə iddalı olanlar indiki prezident Andrzej Duda və paytaxt Varşavanın meri Rafal Tshaskovsky-dir.

Seçki anketləri hakim mühafizəkar "Qanun və Ədalət" partiyası tərəfindən dəstəklənən Duda'nın cüzi üstünlüyünü göstərir. Avropa Parlamentinin keçmiş üzvü Tshaskovski daha liberal namizəd adlanır. O, əsas müxalifət partiyası olan Vətəndaş Platformasını təmsil edir.

Ötən ay keçirilən birinci turda seçicilərin 43, 5 faizi Duda-ya, 30,5 faizi Tshaskovsky-yə səs verib.

Bu dəfə seçici fəallığının iyunun 28-də keçirilən birinci turdakından daha çox olacağı gözlənilir. Birinci turda bu fəallıq 65 faiz ətrafında olub.

Andrzej Dudanın yenidən seçilməsi, mövcud hökumətin Avropa Birliyi tərəfindən tənqid olunan məhkəmə islahatlarını birləşdirmək cəhdləri üçün həlledici adlandırılır. Brüssel, 2004-cü ildən bəri AB üzvü olan Polşa məhkəmələrinin işini siyasiləşdirdiyini iddia edir. Tshaskovsky demokratik normaları pozduğunu vurğulayaraq, islahatlara qarşı çıxır. Varşava meri qələbə qazanacağı halda düzəlişləri bloklamaq niyyətindədir.

Seçki kampaniyası zamanı Duda Qanun və Ədalət partiyası tərəfindən həyata keçirilən sosial təminat proqramlarını qoruyacağına söz verib. O, müxtəlif həssas mövzularda danışaraq yəhudi icması nümayəndələrinin İkinci Dünya müharibəsi zamanı seçilmiş əmlaka görə kompensasiya tələblərini tənqid edib. "Alman Dalğası" radiosunun yazdığına görə, o, həmçinin LGBT cəmiyyətini də tənqid edir. Siyasətçi ailənin ənənəvi modelinin tərəfdarı olduğunu bəyan edir və eyni cinsdən olan insanlar arasındakı nigahları rədd edir.

Rafal Tshaskovsky isə Polşanı daha açıq və daha tolerant bir ölkə kimi görmək istədiyini bəyan edib.

Şərhlər

XS
SM
MD
LG