2014-cü ildə Ukraynada etiraz aksiyaları vətəndaş qarşıdurmasına qədər gəldi, Qəzzada yeni zorakılıqlar baş verdi, İslam Dövləti yaraqlıları İraq və Suriyanın ərazisinin bir hissəsini zəbt etdilər. Baş çatan ilin əsas hadisələri fotolarda.
2014-cü il fotolarda
1
1 yanvar. Kiyevdə Maydanda etiraz aksiyası keçirən demokratik islahat tərəfdarları yeni ili qarşılayırlar. (Valentyn Ogirenko, Reuters)
2
6 yanvar. ABŞ-ın Çikaqo şəhəri son dövr tarixinin ən soyuq qışını yaşadı, Miçiqan gölü dondu. (Scott Olson, Getty Images)
3
21 yanvar. Suriyanın Hələb şəhərində hökumət qüvvələrinin hava zərbələrindən qaçmağa çalışan kişi uşağı da xilas etmək istəyir. (Ammar Abdullah, Reuters)
4
4 fevral. Əfqanıstanda aralarında qadınlar da olan keçmiş Taliban yaraqlıları polis idarəsində əli qandallı dayanıblar. (Abdul Mueed, epa)