Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:57

25 il iş stajı olmayanların aqibəti necə olacaq? [video]


Kimlər pensiyasız qala bilər?
Gözlə

No media source currently available

0:00 0:15:05 0:00

Kimlər pensiyasız qala bilər? [A-Live]

Azərbaycanda daha hamı yaşlananda dövlətdən pensiya ala bilməyəcək. Pensiya haqqında qanun bu ilin iyulunda dəyişdirilib. Dəyişiklik pensiya almağın şərtlərini çətinləşdirir.

Sosial və İqtisadi İnkişaf Mərkəzi hesablayıb ki, hər il ortalama 100 min nəfər yeni pensiyaçı qeydiyyata alınırdısa, gələn il bu rəqəm yarıbayarı azala bilər.

Yeni qanuna görə, gələn il pensiya yaşına çatanların sosial sığorta ödəmələri hesabına azı 15 min 800 manat olmalıdır ki, pensiyaya çıxa bilsin - yəni ayda minimum pensiyanı 110 manatı ala bilsin. Hesabına bu qədər pul toplamayanlar, ya da azı heç olmasa 25 il iş stajı olmayanlar ümumiyyətlə pensiya ala bilməyəcəklər.

Buna da bax: Pensiya almaq üçün lazım olan məbləği yığmaq lazım olacaq

Əgər, kiminsə sosial sığorta hesabında toplanan məbləğ 15800 manatdan azdırsa, amma iş stajı 25 ildirsə, onda hökumət ona yenə də 110 manat pensiya verir. Qısası, pensiyaya çıxıb minimum 110 manat pensiya ala bilmək üçün vətəndaşın ya azı 25 il iş stajı, ya da sosial sığorta hesabında 15800 manatı olmalıdır. Pensiya hesabında bundan az pul toplanan adamlar istəsələr, çatmayan məbləği sonradan birdəfəyə həmin hesaba qoyub pensiya almaq hüquqlarını bərpa edə bilərlər.

Həmsöhbətimiz, 57 yaşlı Səriyyə Aslanova Bakıda, evlərdə təmizlikçi işləyir, sosial sığorta haqqı ödəmir, işi qanuni deyil. Bir neçə il sonra, yaşı çatanda, yeni qanuna əməl edib, pensiya almaq üçün cibindən pul ödəyəcəkmi?

Buna da bax: 'Statistikada yoxsulluq 10 dəfə azaldılıb'

“Mən qəbul eləmirəm bunu. Pulum yoxdur, arxam yoxdur. Kim nə bilərdi ki, başına belə oyun gələcək. Mən neynirəm belə demokratiyanı, belə müstəqilliyi”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov isə Milli Məclisdəki çıxışında deyib ki, pensiya almaq istəyən əmək haqqını leqallaşdırmalıdır.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov

“Bu da yaşı gəlib çatmayan şəxslərin pensiya almaq haqqını müəyyən qədər azaldır. Çünki işləmək, əməkhaqqını leqallaşdırmaq və sosial sığorta haqlarını ödəmək lazımdır ki, bunun hesabına pensiya almaq mümkün olsun”.

Buna da bax: Ekspert: 'Büdcə 3 milyard artsa da, pensiyalar 2 manat arta bilər' [video]

İqtisadi və Sosial İnkişaf Mərkəzinin hesablamasına görə isə məşğul əhalinin ortalama yarısı normal əmək müqaviləsi olmadan çalışır, onların maaşı ya rəsmiləşdirilmir, ya da olduğundan az göstərilir.

İqtisadçılar gələn il ortalama 50 min yaşlının pensiya almaq hüququnun məhdudlaşacağını gözləyirlər. Amma Milli Məclisin deputatı Səyavuş Novruzov deyib ki, Azərbaycanda 1 milyon 350 min pensiyaçı var. Onun fikrincə, əmək qabiliyyətli əhalisinin sayı ilə müqayisədə pensiyaçıların sayı 350 min nəfər olmalıdır. Başqa sözlə, deputat Səyavuş Novruzov hesab edir ki, Azərbaycanda pensiyaçıların sayı 4 dəfə azaldılmalıdır. O halda pensiyanın miqdarını da 4 dəfə artırmaq mümkündür.

Buna da bax: Yaxın 4 ildə ciddi maaş artımı gözlənilmir

Amma Prezident İlham Əliyev çıxışlarında dəfələrlə deyib ki, sosial siyasət hakim partiyanın əsas hədəfidir.

İqtisadçı Rəşad Həsənov hesab edir ki, pensiya dəyişikliyi birdən-birə yox, mərhələli həyata keçirilməli idi:

”Dəyişikliyin bu qədər sərt formada aparılması hesab edirəm ki, dövlət gəlirlərinin azalmasının nəticəsidir. Burda müəyyən mexanizm tətbiq edilməli idi. Əvvəlki sistemin radikal formada dəyişməsi hesab edirəm ki, doğru deyil”.

Buna da bax: Büdcənin 'yağlı tikəsi' tikintiyə gedir

Dövlət gəlirləri isə gələn il azalmır, əksinə artır. Neft bahalaşıb deyə, gəlirlərin builkindən 3 milyard manat çox olması gözlənilir.

Biz Bakıda sorğu keçirib soruşmuşuq ki, öz pensiyaları ilə bağlı gözləntiləri nədir, nə fikirləşirlər, pensiyaları nə qədər olacaq?

Pensiya mexanizmi nə qədər ədalətlidir?
Gözlə

No media source currently available

0:00 0:00:47 0:00

Bu ildən həm də köhnə pensiyaçıların təqaüdünün inflyasiyaya uyğun artırılması dayandırılıb. İndi pensiyanın baza hissəsi orta aylıq əmək haqqının artım tempinə uyğun qaldırılır, nəticədə pensiyaların real bazarda alıcılıq imkanı azalır, faktiki olaraq vətəndaşın pensiyası cüzi, qiymətlər isə daha çox artır.

Buna da bax: Büdcə layihəsində tələbə təqaüdləri vəsaiti azaldılıb - bu nə deməkdir? [video]

Buna da bax:

Pensiya yaşı neçə olmalıdır?
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG