Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 23:19

Bakı çəkməçilərilə Şəki çəkməçilərinə fərq qoyulacaq


Vergilər Nazirliyi, Bakı

İqtisadçı ekspert Vergi Məcəlləsinə bəzi dəyişikləri açıqlayıb

Vergi Məcəlləsində patent vergi sisteminə dəyişiklik də gözlənilirdi. Prezident İlham Əliyevin avqustun 4-də imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamında nağd pul hesablaşmaları, nəzarət-kassa aparatları tətbiq edilməyən sahələrin dairəsinin dəqiq müəyyənləşdirilməsi nəzərdə tutulurdu.

Üstəlik, nəzarət-kassa aparatları işlətmədən fəaliyyət göstərən fiziki şəxslərin vergi öhdəliklərinin aylıq sabit vergi formasında müəyyənləşdirilməsi planlaşdırılmışdı.

Buna da bax: Son vergi dəyişiklikləri və rüsumları nəyi dəyişib?

Azərbaycanda vergidən yayınma maliyyə idarəçilyinin başlıca problemlərindən sayılır. Patentin dəyəri bu və ya digər biznes sahəsinin mümkün gəlirlərindən asılıdır.

Qalib Toğrul, 16 fevral 2012
Qalib Toğrul, 16 fevral 2012

“Sadələşdirilmiş verginin bir növü kimi...”

İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM-in) rəhbəri Qalib Toğrul aylıq sabit vergilərin Azərbaycana xas özəlliklərinə toxunub:

“Bu, dünyada mövcud olan patent vergisinə oxşar olsa da, bizim praktikada bir az fərqli şəkildə, ayrıca bir vergi kimi deyil, sadələşdirilmiş verginin bir növü kimi tətbiq olunacaq. Əvvəla, bu sabit vergi ödəyiciləri yalnız fərdi şəkildə, yəni muzdlu işçi cəlb etmədən fəaliyyət göstərənlərdir. İkincisi, sabit vergi ödəyicilərinin siyahısı məhduddur”.

Sabit vergi ödəyiciləri bunlardır:

Buna da bax: Axısqalılar toy günü gəlinin «dilini kəsir»​

Yalnız toy, şənlik və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik edənlər, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) göstərənlər, çəkməçi və pinəçilər, saat, televizor, soyuducu və digər məişət cihazları təmirçiləri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu və baxıcı çalışanlar, fərdi sürücülər, ev təmizlikçiləri, bağban, aşbaz, gözətçi və digər bənzər işləri görənlər və nəqqaşlıq emalatxanalarında çalışanlar sabit vergi ödəyiciləri sayılırlar.

Azərbaycanda toy, İsmayıllı, Lahıc, iyul l2011
Azərbaycanda toy, İsmayıllı, Lahıc, iyul l2011

“Müğənnilər əvvəlki qaydada...”

Q.Toğrul siyahıda müğənnilərin olmamasına diqqət çəkir:

“Onlar əvvəlki qaydada,vergi orqanlarında necə uçota durmalarından asılı olaraq, ya ümumi qaydada sadələşdirilmiş vergi ödəyicisi, ya da ƏDV ödəyicisi kimi vergilərini ödəyəcəklər. Maraqlıdır ki, siyahıda hamının gözlədiyinin əksinə olaraq, fərdi şəkildə dərs verən repetitorların da adı yoxdur”.

Buna da bax: Vergilər nazirliyi ‘Akkord’da: ‘Borcları vermək zamanıdır’

Bakıda bir, regionlarda başqa vergi məbləği

İTM rəhbəri sabit vergi məbləğinin paytaxt Bakı və regionlar üzrə fərqlənəcəyini də vurğulayır:

“Çünki burada müəyyən əmsallar tətbiq olunacaq. Məsələn, çəkməçi Bakıda ayda 10 manat, Gəncə, Sumqayıt və Xırdalanda - 7,5 manat, Abşeron rayonunun qəsəbə və kəndlərində (Xırdalan şəhəri istisnadır), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində - 5 manat, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) isə 2,5 manat ödəyəcək”.

“VÖEN almalıdırlar”

Ekspert sadələşdirilmiş vergi növü sayıldığından, adları çəkilən işlərlə məşğul olanların VÖEN almasının vacibliyinə də diqqət çəkir:

“Sadəcə, onlar vergi orqanlarına bəyannamə verməkdən azaddırlar. Sabit vergi ödəyənlər kassa-nəzarət aparatı işlətməkdən azad olsalar da, öz alıcılarına (onların istəklərinə uyğun olaraq) nağd pul hesablaşmaları zamanı qəbz, qaimə və digər sənədləri təqdim etməlidirlər. Belə ödəyicilər mütləq vergi orqanlarından “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almalıdırlar. Bu yazılı müraciətlə və elektron qaydada alına bilər. Qəbz birinci halda iki iş günündən gec olmayaraq, ikinci halda isə dərhal verilir. Sabit vergi ödəyicisi, vergini aylıq, rüblük, yarımillik və illik ödəməkdə sərbəstdir. O, vergini ödəsə və həmin müddətdə göstərilən fəaliyyətlə məşğul olmasa, məbləğ geri qaytarılmır və növbəti aylarla əvəzləşdirilmir. Sabit vergi ödəyicisinin sosial öhdəlikləri digər sadələşdirilmiş vergi ödəyiciləri olan fiziki şəxslərlə eynidir”.

Azərbaycan manatı
Azərbaycan manatı

“O vaxt bu məbləğ yüksəldiləcək”

Sonda ekspert bildirdi ki, sabit verginin tətbiqində məqsəd - indiyədək vergi ödəməkdən yayınan müəyyən qrup vergi ödəyicilərini vergiyə cəlb etməklə bazanı genişləndirməkdir:

“Vergi məbləğinin kiçik olması, ilk növbədə, potensial vergi ödəyicilərinin asan müəyyənləşdirilməsi və uçotu məqsədi güdür. Çox güman, bu tip vergi ödəyiciləri qeydiyyata düşdükdən sonra sabit vergilərin məbləği də yüksəldiləcək”.

XS
SM
MD
LG