Keçid linkləri

2026, 10 Oktyabr, şənbə, Bakı vaxtı 07:11

Kür hövzəsində neft tapılsa... Ekoloq zəlzələ və su təhlükəsi barədə xəbərdarlıq edir


Kür hövzəsində neft tapılsa... Ekoloq zəlzələ və su təhlükəsi barədə xəbərdarlıq edir
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Sentyabrın 26-da ABŞ-nin "ExxonMobil" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında yeni müqavilə imzalanıb. Sənəd rəsmən təsdiqlənərsə, Orta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatına başlanılacaq. Kəşfiyyat prosesində yerin altını üfüqi qazaraq layların yüksək təzyiqli su, qum və kimyəvi qarışıqla parçalanması üsulundan istifadə olunacaq. Ekoloq Rövşən Abbasovun sözlərinə görə, bu metod ekoloji baxımdan olduqca təhlükəlidir və yeraltı qatların tamamilə dağılmasına, yəni yeraltı strukturun zədələnməsinə yol açır. Ekspert həmçinin xəbərdarlıq edir ki, bu üsul zəlzələ risklərini də əhəmiyyətli dərəcədə artıra bilər.

XS
SM
MD
LG