Orta Kürdə neft tapılsa... Su çirklənməsi və zəlzələ riski varmı?
Sentyabrın 26-da ABŞ-nin "ExxonMobil" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında yeni müqavilə imzalanıb. Sənəd rəsmən təsdiqlənərsə, Orta Kür hövzəsində qeyri-ənənəvi karbohidrogen resurslarının kəşfiyyatına başlanılacaq. Kəşfiyyat prosesində yerin altını üfüqi qazaraq layların yüksək təzyiqli su, qum və kimyəvi qarışıqla parçalanması üsulundan istifadə olunacaq. Ekoloq Rövşən Abbasovun sözlərinə görə, bu metod ekoloji baxımdan olduqca təhlükəlidir və yeraltı qatların tamamilə dağılmasına, yəni yeraltı strukturun zədələnməsinə yol açır. Ekspert həmçinin xəbərdarlıq edir ki, bu üsul zəlzələ risklərini də əhəmiyyətli dərəcədə artıra bilər.
Arxiv
-
Sentyabr 30, 2026İran pulu yeni antirekord vurdu: Əhali ərzaq və dərman ehtiyatı toplayır
-
Sentyabr 29, 2026Vardanyan ailəsi ilə görüş istəyir – Ombudsmanın mövqeyi
-
Sentyabr 26, 2026Qarabağa qayıtdığına peşman olan Aytac: 'Mənə vətən xaini deyirlər'