Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 11:59

11 müxalifətçi Avropa Məhkəməsini uddu


Müxalifətin 31 iyul, 2010-cu il aksiyası.

Bu gün, fevralın 16-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 6 qərarını açıqlayıb. AİHM qərarların mətnini öz saytında yayıb.

Ümumilikdə 11 şikayətçinin müraciəti üzrə çıxarılan qərarlarda məhkəmə Azərbaycan dövlətini üst-üstə 138 min 870 avro cərimələyib.

6 nəfərin işi

Qərarlardan biri müxalifət təmsilçiləri olan Bayram Bayramov, Məcid Məcidli, Vidadi İsgəndərli, İkram İsrafilov, Hikmət Ağayev və Rövşən Quliyevin şikayətləri ilə bağlıdır.

Buna da bax:​ Avropa Məhkəməsinə 700 şikayət

Adları çəkilən şəxslər 2010-cu ilin iyul, 2011-ci ilin aprel aylarında Bakıda keçirilən etiraz aksiyalarının iştirakçıları olublar.

Onların hər birini müxtəlif situasiyalarda polis saxlayıb. Bayram Bayramov, Məcid Məcidli 10, Vidadi İsgəndərov 15, İkram İsrafilov, Hikmət Ağayev 7, Rövşən Quliyev isə 8 gün inzibati qaydada həbs ediliblər.

Müxalifətçilər həbs edilmələrini məhkəmə qaydasında dəyərləndiriblər. Yerli məhkəmələr onların şikayətini təmin etməyib.

Buna da bax: Müxalifətin aksiyası başa çatdı, saxlananlar var

AİHM yerli məhkəmələrdə şikayətə baxılarkən ərizəçilərin Avropa Konvensiyasının 6-cı (Ədalətli məhkəmə araşdırması), 11-ci (Birləşmək hüququ) və 5-ci (Azadlıq və toxunulmazlıq hüququ) maddəsində nəzərdə tutulan hüquqlarını pozduğu qənaətinə gəlib.

Azərbaycan hökuməti ərizəçilərin maddi təzminat tələbini də qismən təmin edib. Qərara görə, hökumət Vidadi İsgəndərliyə hüquqi məsrəflərlə birgə 13800, B. Bayramova 10 000, Məcid Məcidliyə 9 000, İ.İsrafilov, H.Ağayev və R.Quliyevin hər birinə 12000 (əlavə olaraq hüquqi məsrəflərə görə cəmi 3100) avro təzminat ödəməlidir.

Hökumət Gözəl Bayramlıya 15 900 avro ödəyəcək

Digər qərar başqa bir müxalifətçi Məhəmməd Məcidlinin şikayəti ilə bağlıdır. O, Bakıda 2010-ci ilin iyul, 2013-cü ilin mart aylarında keçirilən iki aksiyada saxlanılıb. Polisə aparılan müxalifətçi inzibati qaydada cəzalandırılıb. Yerli məhkəmələr onun şikayətlərini rədd edib.

Buna da bax:​ Gözəl Bayramlı da 'Bandotdel'ə çağırılıb

AİHM M. Məcidlinin birləşmək və ədalətli məhkəmə araşdırması hüququnun pozulduğuna qərar verib.

Bundan əlavə, hökumət M.Məcidliyə ümumilikdə 10 300 avro təzminat ödəməlidir.

AİHM növbəti qərarında 2011, 2013-cü ildə Bakıda keçirilən etiraz aksiyalarında saxlanan, ardınca inzibati qaydada həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Gözəl Bayramlının birləşmək, azadlıq və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb.

Azərbaycan hökuməti bu pozuntulara görə, müxalifətçiyə maddi və hüquqi xərclər də daxil olmaqla üst-üstə 15 900 avro təzminat ödəməlidir.

Buna da bax:​ Rəsul Cəfərov kompensasiyasını ala bilmir

AİHM-ın növbəti qərarı Müsavat Partiyasının keçmiş təmsilçisi Tural Abbaslının şikayəti ilə bağlıdır.

Qərarda göstərilir ki, onu müxalifət qüvvələrinin 2012-ci ilin oktyabrında keçirilən aksiyalarında mülki geyimli polislər saxlayıblar. Müxalifətçi inzibati qaydada cəzalandırılıb. Yerli məhkəmələr onun şikayətini təmin etməyib.

AİHM T.Abbaslının ədalətli məhkəmə araşdırması, birləşmək, azadlıq və toxunulmazlıq hüququnun pozuntusuna yol verildiyinə qərar verib. Hökumət ona 14 min avro təzminat ödəməlidir.

Cəmil Hacıyev və Babək Həsənovun işi

Buna da bax:​ Hökumət kompensasiyaları niyə ödəmir?

Hər iki qərar gənc fəal C.Hacıyev və AXCP üzvü B.Həsənovun müxalifət qüvvələrinin keçirdikləri etiraz aksiyalarında saxlanıb, cəzalandırılmaları ilə bağlıdır. Hər iki ərizəçi 2012-2013-cü illərdə təşkil edilən nümayişə qatılmaq istəyib. Qərara görə, polis onları saxlayaraq, inzibati qaydada cəzalandırıb.

Yerli məhkəmələr onların heç bir şikayətini təmin etməyib.

AİHM hesab edib ki, yerli məhkəmələrdə ərizəçilərin birləşmək, ədalətli məhkəmə araşdırması, azadlıq və toxunulmazlıq hüquqları pozulub.

Qərarlara görə, Azərbaycan hökuməti C.Hacıyevə 13 620 avro, Babək Həsənova isə 13 150 avro təzminat ödəməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG