Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:18

Hökumət kompensasiyaları niyə ödəmir?


arxiv
arxiv

Avropa Məhkəməsinin qərarları ilə təyin olunan təzminatların ödənməsində problemlər var. Pulu ala bilməyənlər indi hansı addımları ata bilərlər?

Hüquq müdafiəçisi Əsabəli Mustafayev deyir ki, Avropa Məhkəməsinin ötən il Azərbaycanla bağlı qəbul etdiyi qərarların demək olar ki, heç biri yerinə yetirilməyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi Avropa məhkəməsinin onun baxdığı işlərdən 27-nin qərarını yerinə yetirməyib və 334 min 150 avro məbləğındə kompensasiyanı ödəməyib.

Hüquq müdafiəçisi deyir ki, ümumiyyətlə Azərcan üzrə kompensasiya ödənilməyən işlərin sayı 50-yə yaxındır və yarım milyon avrodan artıqdır.

Əsabəli Mustafayev: "demək olar ki, heç biri yerinə yetirilməyib"
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00
Direct-ə keçid

İyulun 4-dən Avropa Məhkəməsinin qərarı ilə Azərbaycan tərəfinin 32 min 700 avro ödəməli olduğu keçmiş siyasi məhbus Rəsul Cəfərov deyir ki, qərarın yerinə yetirilmə vaxtından xeyli müddət keçsə də, hələ də həmin məbləğ ödənilməyib.

Onun sözlərinə görə, bu yuxarı səviyyədə dondurulmuş məsələdir. Rəsul Cəfərov deyir ki, Avropa Məhkəməsinin qərarlarının yerinə yetirilməməsi ilə bağlı həm Prezident Administrasiyasına, həm də Avropa Şurası Nazirlər Komitəsinə müraciət edib.

Rəsul Cəfərov: "32 min 700 avro hələ ödənməyib"
Gözlə

No media source currently available

0:00 0:04:47 0:00
Direct-ə keçid

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərovdan məsələyə münasibət öyrənmək mümkün olmadı. Azərbaycan Milli Məclisinin Avropa Şurasının Parlament Asambleyasındakı daimi nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyir ki, bu məsələni ciddi araşdırmaq lazımdır.

Rövşən Rzayev: ""Ciddi araşdırmaq lazımdır"
Gözlə

No media source currently available

0:00 0:00:27 0:00
Direct-ə keçid

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Araz Əlizadə isə bildirir ki, Avropa məhkəməsi və institutları cəmiyyətdə nüfuzunu itirib.

Deputat deyir ki, BMT kimi ali bir qurumun qətnamələri yerinə yetirməyən Ermənistana heç bir dövlət bir söz demir. Onun sözlərinə görə, ölkələr BMT kimi qurumun öhdəliklərini yerinə yetirmirsə, Azərbaycanın da götürdüyü öhdəlikləri yerinə yetirməmək haqqı var.

Araz Əlizadə: "ölkələr BMT kimi qurumun öhdəliklərini yerinə yetirmirsə..."
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00
Direct-ə keçid

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG