Keçid linkləri

2017, 21 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 09:22

Gözəl Bayramlı da 'Bandotdel'ə çağırılıb


Gözəl Bayramlı

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlını polisə çağırıblar.

G. Bayramlının bildirdiyinə görə, telefonla ondan oktyabrın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (Bandotdel) olması istənilib.

Sədr müavinini adıçəkilən idarənin istintaq şöbəsinin rəisi dəvət edib. Ancaq onun polisə çağırılmasının səbəbi izah edilməyib.

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev də oktyabrın 14-də Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG