Bakı Metropoliteni «Nizami» stansiyasında mozaika panolarının bərpası üzrə bağlanmış müqavilə haqda məlumatı açıqlayıb.
Amma bu işin müəmmalı tərəfi də var: hələ bundan 40 gün öncə qurumun internet səhifəsində yazılırdı ki, 19 panodan «6-sının üzərində bədii bərpa prosesi başa çatıb».
Buna da bax: Növbəti metro stansiyası 2018-ci ildə açılacaq
Yanvarda elan edilən və martın 14-də daxil olan təkliflərin əsasında qalib gəldiyi bildirilən tenderin yekununda rəssam Elçin Ağa Rza oğlu Cabarovla 170 min 298 manat məbləğində (ƏDV nəzərə alınmadan) müqavilə bağlanıb. Necə olur ki, tender hələ başa çatmadan Elçin Cabarov və onun komandası işə başlayıb? (bax: yuxarıdakı foto)
Buna da bax: Metronun xərci çoxalıb
Məsələyə aydınlıq gətirmək üçün AzadlıqRadiosu «Bakı Metropoliteni» QSC-nin mətbuat katibi Nəsimi Paşayevə müraciət edib. O deyib ki, martın 1-də yayılan məlumatda bəzi yanlışlığa yol verilib.
Metropoliten sözçüsü: «Yanlışlıq olub»
«’Nizami’ stansiyasında aparılan təmir işləri barədə xəbərdə 6 mozaika panosunun bərpa edildiyi qeyd olunur. Əslində, o zaman söhbət 4 panodan gedirdi. Xəbərdə səhvən 6 yazılmışdı. Bu panolar isə tender elan edilməzdən öncə bərpa olunmuşdu. Bərpaçı başqa deyil, Elçin Cabarov idi. Rəssam kotirovka yolu ilə seçilmişdi. Qalan panoların bərpası üçün isə yeni tender keçirildi».
Buna da bax: Yerin altından pul çıxarmaq
Rəssamın sirli gəlişi
Təəccüblüdür ki, rəssam Elçin Cabarovun, iddia olunduğu kimi, kotirovka yolu ilə işə cəlb olunmasını təsdiqləyən məlumat nə qurumun, nə satınalmalara dövlət nəzarətini təşkil edən İqtisadiyyat Nazirliyinin saytında var.
Metronun «Nizami» stansiyası 1976-cı ildə istifadəyə verilib. Buradakı sütun divarlarda Nizami Gəncəvinin «Xəmsə»sinin motivləri əsasında daşlarla işlənmiş 18 pano yer alır. Təsvirlərin müəllifi xalq rəssamı Mikayıl Abdullayevdir.
Şərhlər (1)
Daha çox şərh göstər