Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:24

Növbəti metro stansiyası 2018-ci ildə açılacaq


►Metropolotenin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, şərti adı «B3» olan stansiya 2018-ci ildən tez istifadəyə verilməyəcək

«Bakı Metropoliteni» QSC 25 ədəd yeni eskalator almağı nəzərdə tutur. Onların 17-si tikilməkdə olan və şərti «B3» adı verilən stansiyanın çıxışlarında quraşdırılacaq. Qalan 8 eskalatorsa «Xətai» və «Sahil» stansiyalarında mövcud olanların yenilənməsində istifadə ediləcək.

Ceyhun Səlimov (keçmiş Papanin) küçəsində, Mərkəzi Hərbi Hospitalla üzbəüz yerləşən yeni metro stansiyasının tikintisi bu il yekunlaşdırılmalıydı. Metropilitenin rəhbəri Zaur Hüseynov mediaya müsahibəsində stansiyanın 2016-cı ildə açılacağını bənövşəyi xətt üzərində tikilən növbəti «B4» şərti adlı stansiyanın (Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında) 2017-ci ildə istifadəyə veriləcəyini bildirmişdi.

Metropolitenin mətbuat xidməti bildirir ki...

Metropolotenin mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, «B3» stansiyası 2018-ci ildən tez istifadəyə verilməyəcək. Bu stansiyada əlil sərnişinlərə 3 lift də quraşdırılacaq. Eskalator və liftlərin alınma, quraşdırılma və sazlanmasını təmin edəcək təchizatçı tenderlə müəyyənləşdiriləcək.

Gecikmənin səbəbi açıqlanmır. Bu il dövlət investisiya vəsaitlərinin bir hissəsinin (1 milyard 976,8 milyon manat) bölgüsündə Bakı Metropoliteninə vəsait nəzərdə tutulmamışdı.

Bakı metropoliteni xətlərinin konseptual inkişaf sxeminə görə, III (Bənövşəyi) metro xətti üzərində Bakı Beynəlxalq Avtovağzalından Qaraçuxur qəsəbəsinədək 12 stansiya tikiləcək. Bu xəttin ümumi uzunluğu 18,1 km olacaq. Bu il xəttin ilk iki stansiyası («Avtovağzal» və «Əcəmi-2») iki il geçikmə ilə istismara verilib.

HP-nin hesabatında deyilir ki...

Ötənilki dövlət büdcəsinin icrasına dair Hesablama Palatasının (HP-nin) hesabatında deyilir ki, «Bakı Metropoliteni» QSC 2015-ci ildə əsaslı vəsait qoyuluşundan ayrılan vəsait hesabına 199 milyon 229,6 min manat xərcləyib. Pullar metropolitenin obyektlərində tikinti və yenidənqurma işlərinə, avadanlığın alınmasına, infrastrukturun köçürülməsinə, torpaq və obyektlərin satın alınmasına sərf edilib.

Hesabatda o da göstərilir ki, ötən il Bakı Metropoliteninə dövlət zəmanəti ilə 240 milyon manat daxili borc verilib və bunun 145 milyon 460 min manatlıq hissəsi istifadə olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG