Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 12:53

Nicat Əmiraslanov azadlığa çıxıb


Nicat Əmiraslanov azadlıqda. Qazax. 21 iyun 2017

İnzibati qaydada həbs edilmiş jurnalist Nicat Əmiraslanov bu gün, iyunun 21-də sərbəst buraxılıb.

Bu haqda onun yaxınları bildiriblər.

Həbsdən çıxmış jurnalisti yaşadığı Qazaxbəyli kəndinə aparıblar.

N.Əmiraslanov buraxıldıqdan sonra mediaya hər hansı açıqlama verməyib.

Buna da bax:​ Hahn-a çağırış: 'İnsan haqları məsələsini qaldırın'

Xatırlatma

Jurnalist N.Əmiraslanov Qazaxda fəaliyyət göstərir. Bu il mayın 22-də polisin əmrinə tabe olmamaqda günahlandırılaraq Qazax rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq inzibati həbs cəzası almışdı.

Jurnalist Gəncə Apellyasiya Məhkəməsində apellyasiya şikayətindən imtina etmişdi.

Vəkili E.Sadıqovun bildirməsinə görə, jurnalist bu addımı öz iradəsi ilə atmamışdı.

Buna da bax:​ Vəkil : “Jurnalist Nicat Əmiraslanovun ağzında diş qalmayıb" (Video)

“Biz Nicat Əmiraslanovu saxlanmazdan əvvəl görmüşdük. İndi ağzında bir dişi belə qalmayıb”,- deyə vəkil həmin vaxt açıqlama vermişdi.

N.Əmiraslanov özü isə polislərin yanında dişlərinin, sadəcə, düşdüyünü və imtina ərizəsini öz iradəsi ilə verdiyini demişdi.

N.Əmiraslanovun işgəncəyə məruz qalması ilə bağlı deyilənlərə Qazax rayon Polis Şöbəsi və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən münasibət almaq mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG