Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:05

Vəkil : “Jurnalist Nicat Əmiraslanovun ağzında diş qalmayıb" (Video)


Vəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov

“ Jurnalist Nicat Əmiraslanova işgəncə verilib”Bunu yunun 3-də vəkil Elçin Sadıqov deyib. Onun sözlərinə görə, iyunun 3-də Nicat Əmiraslanovun inzibati qaydada 30 sutka saxlanmasından verdiyi apelyasiya şikayətinə baxılmalı idi. Ancaq o Gəncə şəhər Apellyasiya Məhkəməsinə gəldikdə fərqli mənzərə ilə rastlaşıb.“ Məhkəmə başlamazdan əvvəl biz zala daxil olduq. Gördük ki, hakimin köməkçisi Nicat Əmiraslanova diktə edir ki, o apelyasiya şikayətindən imtina etsin. Biz hamımız Nicat Əmiraslanov saxlanmazdan əvvəl onu görmüşük. Onun ağzında bütün dişləri yerində idi. İndi isə ağzında bir dişi belə yox idi...”Nicat Əmiraslanovdan nə baş verdiyini, ağzında niyə dişlərinin qalmadığını soruşublar. O isə “ qopub, düşüb cavabını verib”

Elçin Sadıqov
Gözlə
Embed

No media source currently available

0:00 0:02:57 0:00

Üstəlik, hakimin köməkçisi “ səni biz məcbur edirik ?” deyə jurnalistdən soruşub. O isə “yox” cavabı verib.
Ancaq məhkəmə salonuna daxil olan şahidlərin deməsinə görə, Nicat Əmiraslanovun bir əli də qıc olub.

Vəkil Elçin Sadıqov əlavə edib ki, Nicat Əmiraslanovun bədəni də əsirmiş:

“ Hiss olunurdu ki, onu qorxudublar ki , ərizədən imtina etsin. Mənə onunla təklikdə görüşməyə də polis icazə vermədi. Bu isə ona işgəncə verildiyini bir daha sübut edirdi. Bu məsələ araşdırılmalıdır ”
Vəkilin bu açıqlamalarına, hələlik, nə Gəncə şəhər Apelyasiya Məhkəməsindən, nə də digər rəsmi qurumlardan münasibət almaq mümkün olub.

Məhkəmədən: “Siz birinci gün zəng edin…”

“Birinci gün zəng edin, köməkçilər sizi maraqlandıran sualları cavablandırsınlar. Bu gün isə iyunun 3-ü çənbə günüdür, hamı gedib”.

Bunu Gəncə Şəhər Apelyasiya Məhkəməsindən bildiriblər.

Məhkəmədən jurnalist Nicat Əmiraslanovun apellyasiya şikayətindən imtina etməsi və işgəncəyə məruz qalması ilə bağlı vəkilinin dediklərinə aid sualı dinlədikdən sonra belə bir cavab veriblər.

Daxili İşlər Nazirliy və digər rəsmi qurumlardan isə, hələlik, hər hansi cavab vermirlər.

Xatırlatma

Qazax rayonunda yaşayan jurnalist Nicat Əmiraslanov mayın 23-də saxlanıb. O, polisin qanuni əmrini yerinə yetirməməkdə ittiham edilərək 30 sutka inzibati həbs cəzası alıb. Ancaq dostları onun facebook-dakı statuslarına görə, şərlənərək tutulduğunu düşünürlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG