Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 11:54

“Neft bazarlarından gələn məlumatlar yaxın dövrdə vəziyyətin yenidən pisləşəcəyinə işarə vurur”.

İqtisadçı Rövşən Ağayev neft bazarında qiymətlərin yaxın perspektivdəki durumu ilə bağlı şərhində belə qeyd edib.

Ekspert bildirir ki, bu təkcə ABŞ-da neft buruqlarının sayının artımı ilə bağlı deyil.

Buna da bax:​ BVF deyir artım olacaq, bəs Azərbaycan təhlilçiləri? [video]

“Fyuçerslər (standart birja müqaviləsini ifadə edən qiymətli kağız) üzrə "uzun mövqelər"i, son dərəcə yüksək sürətlə "qısa mövqelər" əvəzləyir. "Uzun mövqeli" müqavilələr treyderlərin əmtəə və ya qiymətli kağızları ucuz alıb baha satmağa gözləntilərinin yüksəldiyi dövrdə artmağa başlayır. Məsələn, bu gün fyuçers müqavilələrini 50 dollar ilə bağlı imzalayan treyderlər yaxın dövrdə bu qiymətin, məsələn, 55 dollar olacağına əmindir. "Uzun mövqeli" müqavilələrdə bazar iştirakçıları qiymətlərin artmasından qazanır. "Qısa mövqeli" müqavilələrdə isə əkisnə - treyderlər əmtəə və ya qiymətli kağızların ucuzlaşmasından gəlir əldə edir. Əgər "qısa mövqeli" müqavilələrin sayı artırsa, deməli bazarın qiymətlərin ucuzlaşması gözləntiləri artıb. "Qısa mövqe" şəraitində treyederlər əmtəə və ya qiymətli kağızları brokerlərdən natural formada götürür. Dərhal satır, bazar ucuzlaşanda isə daha aşağı qiymətlə yenidən geri alıb sahiblərinə qaytarır”, deyən ekspert "qısa mövqeli" müqavilələrin hazırkı say artımının son 34 ilin ən yüksək göstəricisi olduğunu da vurğulayıb.

R.Ağayev həmçinin, neft hasil edən ölkələrdə hasilatın azaldılması barədə razılaşmasının əhəmiyyətinin azalmasının da müşahidə edildiyini qeyd edir.

Buna da bax: Neftin qiyməti kəskin düşüb

“Ekspertləri narahat edən başqa bir ciddi səbəb Səudiyyə Ərəbistanının addımları ilə bağlıdır. Belə ki, bu ölkə xam neft hasilatı ilə bağlı OPEC çərçivəsində bağlanmış sazişə əməl etməyə çalışsa da, neft məhsullarının ixrac həcmini genişləndirməklə itkilərinin yerini doldurmağa çalışır. Bu isə nəticədə hasilatın azaldılması ilə bağlı Rusiya-OPEC razılaşmasının əhəmiyyətini azaldır”, ekspert qeyd edib.

XATIRLATMA

OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələr ötən il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Bundan sonra neftin qiymətində artım baş verib.

Buna da bax:​ Neft hasilatını azaltmaq razılaşması uzadıla bilər

Azərbaycan da bu razılaşmaya qoşulub. Energetika Nazirliyindən verilən məlumata görə, bununla 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə əldə olunmuş razılaşma çərçivəsində Azərbaycan öhdəliyi tam yerinə yetirib. Yəni Azərbaycan hasilatı sutkada 35 min barrel azaldıb.

Hazırda “Brent” markalı neftin bir bareli 52 dollara yaxın, WTI markalı neft isə 49 dollara satılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG