Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 12:43

BVF deyir artım olacaq, bəs Azərbaycan təhlilçiləri? [video]


Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Mohamed El Gorchi (Məhəmməd əl Qorçu) deyib ki, Azərbaycan iqtisadiyyatında ortamüddətli perspektivdə ildə 2-3 faiz artım nümayiş etdirəcək.

Qorçu trend.az agentliyinə müsahibəsində deyib ki, bu il Azərbaycan iqtisadiyyatında vəziyyət ötən illə müqayisədə daha yaxşı olacaq.

Buna da bax:​ 'Saysız-hesabsız fərmanlar və gurultulu vədlər əks effekt verdi'

Mohamed El Gorchi və İlham Əliyev. 20may2016

Mohamed El Gorchi və İlham Əliyev. 20may2016

"Azərbaycan iqtisadiyyatı tədricən resessiyadan çıxdı, lakin ümumilikdə vəziyyət bir qədər çətin olaraq qalır. Düşünürəm ki, ölkə ÜDM-i ortamüddətli perspektivdə 2-3 faiz artmaqda davam edəcək".

Müxalif ReAl Hərəkatının İdarə Heyətinin üzvü, iqtisadi təhlilçi Natiq Cəfərli isə hesab etmir ki, iqtisadiyyat tənəzzüldən çıxıb, onun sözlərinə görə, keçən il bütün əsas makroiqtisadi göstəricilər azalıb, o cümlədən, ümumi daxili məhsul 3,9 faiz aşağı düşüb:

“Keçən il o qədər aşağı rəqəmlər oldu ki, bu il normal bir rəqəmlərə çıxmaq imkanımız var. Çünki bu il neftin qiymətləri də hələlik kifayət qədər yüksək səviyyədədir- yəni, 55 dollar civarındadır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 67 faiz artım var”.

Natiq Cəfərli hesab edir ki, neftin qiymətinin aşağı düşəcəyi ilə bağlı proqnozlar da var və bu səbəbdən Azərbaycan iqtisadiyyatının tənəzzüldən çıxdığını düşünmək tez olardı.

Buna da bax: 'Palata bir illik fəaliyyətinin uğurlu olduğunu göstərmək istəyir'

Natiq Cəfərli

Natiq Cəfərli

50 yaşlı kiçik sahibkar Sevil Eyvazova bu il iqtisadi artım olacağı barədə proqnozlar haqqında bunları deyir:

“İndi camaatın 80 faizi işsizdir. Hamı deyir ki, üç aydır maaş almıram. Bu pul hardan gələcək?! Əgər büdcəyə pul girmirsə, necə olacaq bu?!

Bu adam əvvəllər məndən gündə bir kilo, iki kilo alma alırdısa, indi gəlir gündə bir-iki alma alır ki, onu həmin gün balalarına yedizdirsin. Bax vəziyyət belədir, bunun nəyi yaxşı olacaq?!”.

Buna da bax:​ BVF Azərbaycan hökumətindən daha nikbindir

İqtisadçı Natiq Cəfərli deyir ki, neftin qiyməti bu cür qalarsa, Milli Məclis bu ilin mayında büdcəyə yenidən baxa və sosial xərcləri artıra bilər. Onun sözlərinə görə, bununla belə makroiqtisadi göstəricilər ümumi daxili məhsulun qalxacağını deməyə əsas vermir.

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qalib Toğrul isə deyir ki, ölkədə bank sektorunda hələ də problemlər qalır, banklar bağlanmaqda davam edir, maliyyə sabitliyi yaranmayana qədər iqtisadi tənəzzüldən çıxmağının baş verəcəyini demək tezdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG