Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Aprel, şənbə, Bakı vaxtı 02:20

'Palata bir illik fəaliyyətinin uğurlu olduğunu göstərmək istəyir'


Rüfət Aslanlı.

"Görülən restrukturizasiya tədbirləri nəticəsində bank sektorunda stabilləşmə meylləri gözə çarpır".

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı belə deyib. O bu fikrini Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan missiyasının rəhbəri Mohamed El Gorchi-nin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə dilə gətirib.

Buna da bax:​ Prezident 'qalxmalıdır' deyir, Palata sədri tam tərsini

Palatadan verilən məlumata görə...

R.Aslanlı maliyyə sektorunun dayanıqlığının artırılması yönündə BVF-nin dəstək və tövsiyələrini yüksək qiymətləndirib.

Görüşdə MBNP-nin bank və sığorta sektorlarında maliyyə dayanıqlığının gücləndirilməsi üçün gördüyü tədbirlər müzakirə olunub.

Əksər ekspertlər MBNP sədri ilə razılaşmır. Onların fikrincə, yaxın vaxtlarda bir neçə bank da bağlanacaq. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü, deputat Vahid Əhmədov AzNews.az-a deyib ki, yaxın günlərdə Azərbaycanda fəaliyyət göstərən daha bir neçə bank öz fəaliyyətini dayandıracaq.

Buna da bax: 'Problemli kreditlərin çoxunu bank sahibləri və inzibatçıların özləri yaradıb'

Ötən il Azərbaycanda 10 bankın və azı, 5 sığorta şirkətinin lisenziyası ləğv edilib. Bütün bunların fonunda MBNP sədrinin bank sektorunda sabitləşmə görməsi suallı qalır.

“Beynəlxalq Bank hədə ilə...”

Bank məsələləri eksperti Əkrəm Həsənov problemlərin davam etdiyini bildirir: “Bankların problemli kreditləri arta-arta gedir, bunu gizlətsələr də, beynəlxalq reytınq agentlikləri, əvvəl-axır, ifşa edir. Böyük banklarımız məhkəmə qərarı ola-ola, hətta xarici əmanətçilərin əmanətini qaytarmır və palata buna reaksıya vermir. Ölkənin ən iri bankı - Beynəlxalq Bank quldurluq edərək və hədəqarışıq verdiyi tam təminatlı manatla kreditin vaxtından əvvəl qaytarılmasını tələb edir ki, dollar alıb devalvasiyadan qazansın”.

Buna da bax:​ 'Bankların zərəri elan olunandan 2 dəfə çoxdur'

Ekspert müflis bankların ləğvi prosesinə kreditorların yaxın buraxılmamasına da diqqət çəkir: “Və bunların fonunda sabitləşmədən dəm vururlar. Yalandir! Sadəcə, MBNP birillik fəaliyyətinin uğurlu olduğunu göstərmək və beynəlxalq maliyyə qurumlarından pul və texniki dəstək almaq istəyır. Vəssalam!”.

“İl ərzində mütləq bir neçə bank bağlanacaq”

Ə.Həsənov da bu il bir neçə bankın bağlanacağını düşünür: “İl ərzində mütləq bir neçə bank bağlanacaq. Əmanəti qaytara bilməyən bank buna məhkumdur. Ötən il bağlanan banklarda gördük bunu”.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG