Keçid linkləri

Təcili xəbərlər
2021, 22 İyun, çərşənbə axşamı, Bakı vaxtı 01:30

Musa Yaqub vəfat edib


Musa Yaqub "Ah bu dövran, bu dövran" (Şeir)
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00
Direct-ə keçid

Musa Yaqub "Ah bu dövran, bu dövran" (Şeir)

Bu gün, mayın 7-də 84-yaşlı şair, keçmiş deputat Musa Yaqub vəfat edib.

Bu barədə Azərbaycan Yazıçılar Birliyindən bildirilib.

M.Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində doğulub.

Göyçay Pedaqoji Məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim, Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləyib. 1967-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində qiyabi təhsil alıb.

Daha sonra "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb. İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub.

Ədəbi fəaliyyətə isə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb.

Bir çox şer kitablarının müəllifi olan M.Yaqub bir dönəm Azərbaycan Milli Məclisinin də üzvü olub. O, həmin vaxt (1996) şerlərinin birini bu misralarla tamamlayıb.

Bu oyundan xilas dedim,

Bir az susdum, bir az dedim

Hey " Üç badam, bir qoz" dedim,

Qoşdular bu xora məni.

XS
SM
MD
LG