Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:07

Prezidentə xəncər hədiyə edən müfti Elçibəydən də danışıb


İLham Əliyev Qaraçay-Çərkəz milli geyimində
İLham Əliyev Qaraçay-Çərkəz milli geyimində

„Biz öz fəaliyyətimizlə nəinki Qafqaz regionunda münasibətlərimiz çərçivəsində birliyi möhkəmləndiririk, həm də Azərbaycan dünyada bütün müsəlmanların həmrəyliyi üçün böyük işlər görür“.

Bu sözləri prezident İlham Əliyev dekabrın 2-də Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini Bakıda qəbul edərkən deyib.

„Bu il İslam Əməkdaşlıq Təşkilatının Sammiti keçirildi. Tədbirdə Azərbaycanın İslam həmrəyliyindəki roluna dəstək bir daha vurğulandı. Həmçinin dünyanın bütün müsəlmanları bu ilin aprelində erməni təcavüzünü pisləyiblər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə kontakt qrupu yaradıblar“.

"SİZİN BU MƏSƏLƏDƏ FƏALİYYƏTİNİZ HƏLLEDİCİ OLDU"

İlham Əliyev 2016-cı ildə dünya katoliklərinin rəhbəri Roma Papasının Azərbaycana rəsmi səfərinin də mühüm hadisə olduğunu vurğulayıb.

„O, Katolik Kilsəsində ibadət etdi, sonra Heydər Məscidini ziyarət etdi, mötəbər şeyxlə, eləcə də digər dini konfessiyaların rəhbərləri ilə görüşü oldu. Roma Papası buradan, Bakıdan bütün dünyaya yaxşı mesaj göndərdi. Yəni, bizim multikulturalizm sahəsində əldə etdiyimiz nailiyyətlər bütün dini aləmdə layiqincə dəyərləndirilib“.

Roma Papası Francis Baku, 02 oktyabr 2016
Roma Papası Francis Baku, 02 oktyabr 2016

Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev İlham Əliyevə ilk təşəkkürünü Rusiya-Türkiyə münasibətləri ilə bağlı bildirib.

„Mən ilk növbədə istərdim ki, Sizə Rusiya ilə Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması üçün etdiklərinizə görə minnətdarlığımı bildirim. Bu münaqişə baş verəndə, inanın, mənim ürəyim ağrıyırdı. Müsəlman ölkəsi olan Türkiyə ruhən bizə doğmadır. Buna görə də çox ağır idi. Sizin bu məsələdə fəaliyyətiniz həlledici oldu. Atanızın müdrikliyi Sizə də keçib, inanın. Siz bu işi gördünüz, buna görə Sizə “Çox sağ ol” deyirik“.

Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy,1989
Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy,1989

„BİZ ELÇİBƏYİN VAXTINDA DA BURADA OLMUŞDUQ...“

İsmayıl Berdiyev çıxıçında Heydər Əliyevlə Əbülfəz Elçibəyi də müqayisə edib.

„...Atanızın fəaliyyəti, ümumiyyətlə, ölkəni xilas etdi. Biz Elçibəyin vaxtında da burada olmuşuq, baxmışıq. Müqayisə etməli çox şeylər var. İndi tamam başqa vaxtdır. Azərbaycan tamam başqa ölkədir. Siz ötən ilin yayında Avropa Oyunlarını keçirdiniz. Bəli, şeyxülislam deyir ki, indi isə İslam ölkələrinin Oyunları keçiriləcək. Ümid edirəm ki, biz də iştirak edəcəyik“.

„BU MÜDRİKLİK ONA SİZİN ATANIZDAN KEÇİB“

İsmayıl Berdiyev Allahşükür Paşazadə haqqında da tərifli sözlər deyib.

Qaraçay-Çərkəz Muftisi Ismail Berdiyev Azərbaycan prezidentinə xəncər hədiyyə edir
Qaraçay-Çərkəz Muftisi Ismail Berdiyev Azərbaycan prezidentinə xəncər hədiyyə edir

“Dünən Qafqaz Xalqları Ali Dini Şurasının iclasını keçirdik. Şeyxülislam bizim ağsaqqalımız idi. Onun müdrikliyi həqiqətən də kömək edir. Bax, bu müdriklik ona Sizin atanızdan keçib. Çünki o, onunla birlikdə çox olub“.

Sonda İsmayıl Berdiyev Prezident İlham Əliyevə Qaraçay-Çərkəz milli geyimi və xəncər hədiyyə edib.

İlham Əliyev Şimali Qafqaz dindarları ilə görüşür
İlham Əliyev Şimali Qafqaz dindarları ilə görüşür

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG