Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

Mosuldan didərgin düşənlərin sayı 100 minə çatıb


Mosul, qaçqınlar, 2 fevral 2016

İraqın Mosul şəhərindən evlərini tərk edən didərginlərin sayı 100 minə çatıb.

Xəbəri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı yayıb.

Xəbərdə deyilir ki, evlərindən didərgin düşən adamlar ölkənin şimalındakı düşərgələrdə soyuqdan və ərzaq çatışmazlığından əziyyət çəkir.

Bu günlərdə İraq ordusu havadan İŞİD-in nəzarətində olan Mosul əhalisinə 4 milyon məktub atıb. Məktubları İraqın ayrı-ayrı şəhərlərindən olan adamlar yazıb. Məqsəd şəhər əhalisinə təsəlli vermək, onların unudulmadığını çatdırmaqdır.

Mosul 2014-cü ildən "İslam Dövləti" qruplaşmasının əlindədir.

Oktyabrın 17-dən İraq ordusu Mosulu azadetmə əmliyyatına başlayıb.

XS
SM
MD
LG