Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:26

'Misir padşahı'na orucu ertələmək icazəsi verildi


Mohamed Salah
Mohamed Salah

Misirin baş müftisi Şeyx Allam futbol üzrə milli komandanın üzvlərinə Dünya Çempionatının final mərhələsinə hazırlıq zamanı orucu ertələməyə icazə verib.

Dünya Çempionatı iyunun 15-dən iyulun 14-cən Rusiyada keçiriləcək.

Misir hazırda İngiltərənin Liverpool komandasında oynayan Mohammad Salah və onun milli komandadakı yoldaşlarına böyük ümidlər bəsləyir.

Mohammad Salahı artıq Messi, Ronaldo kimi superulduzlarla müqayisə etməyə başlayıblar.

İngiltərə mətbuatı ona 'Misir padşahı' adı qoyub.

O, bu mövsümdə 47 oyunda 43 top vurub və "Qızıl top"a əsas namizədlərdən sayılır.

Liverpool Çempionlar Liqasının yarımfinalında ilk qarşılaşmada İtaliyanın "Roma" klubunu 5-2 məğlub edib və finala çıxmaq şansı böyükdür.

Ramazan mayın 15-də başlayıb iyunun iyunun 14-ə qədər davam edəcək.

Əgər Liverpool Çempionlar Liqasının finalına çıxsa, komandanın 3 müsəlman futbolçusu Mo Salah, Sadio Mane və Emre Can dilemma qarşısında qalacaqlar.

Final mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə baş tutacaq.

Müsəlman futbolçular final ərəfəsində oruc tutsalar, bu onların performansına təsir edə bilər.

Salah 2014-cü ildə İngiltərənin "Çelsi" komandasında çıxış edərkən etiraf etmişdi ki, orucla mövsüm qabağı hazırlığı uzlaşdırmaq çətindir.:

Buna da bax: İngilis azarkeşlər müsəlman futbolçunun şəninə mahnı oxuyur [Video]

"Sən gündə iki dəfə məşq edirsənsə, ikinci məşq ərəfəsində enerjin çox azalır. Amma oruc mənim üçün xüsusi əhəmiyyətə malikdir. Özümü yaxşı hiss edirəm".

Liverpool-un baş məşqçisi Jürgen Klopp mediaya deyib ki, Salah, Mane və Can peşəkar futbolçunun öhdəsinə düşənləri etməklə yanaşı həm də pz inanclarına xas ayinləri icra edirlər.

"Salah müsəlmandır və müsəlmanların etdiklərini o da edir. Yəni oyundan əvvəl dəstəmaz alır və s. Komanda soyunub-geyinmə otağına 1-2 dəqiqə tez gəlir ki, onlar oyuna rahat hazırlaşa bilsinlər".

Mohammad Salahın ərəb dünyasında nə dərəcədə məşhur olduğunu deməyə ehtiyac yoxdur.

Səudiyyə Ərəbistanının mətbuatı yazır ki, yüksək vəzifəli məmurlardan biri Salaha mükafat da vəd edib. Əgər FİFA-nın "İlin oyunçusu" adını qazansa, ona müqəddəs Məkkə şəhərində torpaq sahəsi təklif ediləcək. \

Son 2 ildə bu mükafatı "Real"dan Kristiano Ronaldo alıb.

Buna da bax: Müsəlman icması Florida qətliamının qurbanlarına yardım toplayır

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG