Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Müsəlman icması Florida qətliamının qurbanlarına yardım toplayır


19 yaşlı Nikolas Cruz (ortada) qətliamı törətdiyini etiraf edib.
19 yaşlı Nikolas Cruz (ortada) qətliamı törətdiyini etiraf edib.

Fevralın 14-də ABŞ-ın Florida ştatında məktəbdə 17 nəfərin ölümü ilə nəticələnən qətliamdan sonra yerli müsəlman icması yeni təşəbbüslə çıxış edib.

İcma internetdə pultoplama kampaniyasına start verib. Məqsəd qətliam qurbanlarının ailələrinə yardım üçün 10 min dollar toplamaqdır. Artıq bu pulun təxminən yarısı yığılıb.

Buna da bax: İran dövlət televiziyası: 'Əriniz sizi döysə də, onun...' [video]

Cənubi Florida Müsəlman Federasiyasına daxil olan üç müsəlman icması təşəbbüsünü belə əsaslandırıb:

"Əziz peyğəmbərimiz Məhəmməd daim bizə qonşularımıza münasibətdə öhdəliklərimizi xatırladıb".

Toplanan pullar Broward Education adlı fonda köçürüləcək, qətliamda həlak olanların yaxınlarına və hadisə zamanı sarsıntı keçirmiş şagirdlərə psixoloji yardım edilməsinə xərclənəcək.

Bundan başqa müsəlman icması öz müraciətində insanları qanvermə aksiyasına çağırıb. Psixoloqlara müraciət edib ki, qətliamdan sağ çıxanlara və ölənlərin yaxınlarına pulsuz məsləhətlər versinlər.

19 yaşlı Nikolas Cruz qətliamı törətdiyini etiraf edib. Bu qətliam ABŞ tarixində məktəbdə baş verən ən qanlı olaylardan biridir.

XS
SM
MD
LG