Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

İngilis azarkeşlər müsəlman futbolçunun şəninə mahnı oxuyur [Video]


Mohamed Salah
Mohamed Salah

Böyük Britaniyada müsəlman futbolçuların hədəfə alındığı hallar haqda yazmışdıq. Amma bu Avropa ölkəsində bunun tam əksi olan hallar da var.

Aşağıdakı videoda ingilis azarkeşlər müsəlman futbolçunun şəninə mahnı oxuyurlar.

"Mo Sa-la-la-la-lah, Mo Sa-la-la-la-lah, Əgər o sənə xoş gəlirsə, onda mənə də xoş gəlir. Üç-dörd qol da vursa, mən də müsəlman olaram. O, məsciddə oturub. Mən də orda olmaq istərəm".

Azarkeşlərin "Mo Salah" adlandırdığı futbolçu - əslən misirli Mohamed Salahdır.

Bir müddət İtaliyanın "A" seriyasında uğurla çıxış edəndən sonra "Liverpul"a keçib.

Dərhal da azarkeşlərin rəğbətini qazanıb.

Bu yaxınlarda BBC onu "2017-ci ilin ən yaxşı afrikalı futbolçusu" tituluna layiq görüb.

Azarkeşlər üçün o, əsl "qol maşını"dır. (Qollarına bax)​

25 yaşlı Salah Misir yığmasının dayaqlarındandır.

Bu günlərdə Salah daha bir nailiyyətə imza atıb. İngilis futbolunun 125 illik tarixində bir mövsümdə 30 qol vuran 13-cü futbolçu olub.

Azarkeşlər Salaha "Misir padşahı" da deyirlər.

Beləcə, Salah öz qolları, öz nailiyyətləri ilə ingilis futbolunda geniş yayılan irqçilik tendensiyalarının azalmasına xidmət edir.

Buna da bax: Müsəlman icması Florida qətliamının qurbanlarına yardım toplayır

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG