Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:12

Brexit: Müsəlman futbolçuların getdikcə daha çox hədəfə alındığı deyilir


İllüstrasiya
İllüstrasiya

Böyük Britaniyanın Avropa Birliyindən çıxmağa səs verməsindən sonra ölkədə müsəlman futbolçuların hədəfə alınması halları artıb.

SkyNews xəbər verir ki, söhbət yeniyetmələrdən və həvəskar futbolçulardan gedir.

Futbolda irqçiliklə mübarizə aparan "Kick It Out" təşkilatının təmsilçisi Troy Townsend deyir ki, Brexit qərarından sonra müsəlman futbolçulara "bu bizim ölkəmizdir, sən burda doğulmamısan" kimi aşağılayıcı sözlər deyilir. Yaxud müsəlman uşaqlara qolları yana açmaqla "təyyarə" jesti göstərilir - radikal islamçıların ABŞ-da təyyarələrlə törətdiyi 11 sentyabr terroruna eyham olaraq.

Newcastle klubunun oyunçusu Yasin Ben El-Mhanni deyir ki, Britaniyada yenicə futbol oynamağa başlayanda dostları ilə birlikdə təhqirlərə məruz qalıb.

"Biz yeniyetmə yaşlarımızda futbol oynayanda "terrorçu" ittihamları ilə üzləşirdik. Bu, futbol meydanında sənin oyununa da təsirsiz ötüşmür. Bəzən isə meydanda təhqir olunurdun".

Buna da bax: ABŞ-a üz tutan müsəlman qaçqınların sayı 94 faiz azalıb

İslamofobiya problemi ilə üzləşən klublardan biri də "Peterborough" həvəskar komandasıdır.

Klubun əməliyyatlar üzrə meneceri Imtiaz Ali deyir ki, oyunlar zamanı rəqib komandaların bəzi futbolçuları "təyyarənin binaya çırpılması" jestindən başqa "ibadətə çağırış" jesti də göstərirlər. İslama qarşı təhqiramiz çağırışlar sanki trendə çevrilib.

Bunlar arasında "Saqqalınız qırxın, sizi deportasiya edəcəyik" kimi təhqirlər də var.

Məhz bu cür hallara görə bəzi asiyalı futbolçular "Peterborough"da qalmamağa üstünlük verir.

İmtiaz Ali deyir ki, irqçilik halları ilə mübarizə həm də ona görə çətindir ki, futbol federasiyaları belə təhqirlərə yol verənləri nadir hallarda cəzalandırır.

Çünki bunun üçün hakimin şahidliyi lazımdır, belə təhqirlər isə heç də həmişə hakimin gözü önündə baş vermir, yaxud onlar "eşitməmişəm" deyir.

Bəzi müsəlman futbolçular gileylənirlər ki, rəqib komandanın oyunçuları matç zamanı yaxınlaşıb onların qulağına "deportasiya olunacaqsan" kimi sözlər deyirlər.

Brexit səsverməsində Avropa Birliyindən çıxmaq tərəfdarlarının qalib gəlməsinin bir səbəbi də Böyük Britaniyaya axın edən müsəlman qaçqınlarla bağlı narahatlıq olub.

Buna da bax: Diktator və futbolçu heykəllərinin oxşarlığı nədədir?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG