Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:19

ABŞ-a üz tutan müsəlman qaçqınların sayı 94 faiz azalıb


Donald Trump
Donald Trump

Donald Trump prezident seçkisi zamanı söz vermişdi ki, müsəlman qaçqınların ABŞ-a gəlişini tam qadağan edəcək.

Trump hesab edir ki, "ucdantutma" hamını ölkəyə buraxmaq terrorçuluqla bağlı risklərə yol açır.

Prezident seçiləndən sonra o, tam qadağaya nail olmasa da, müxtəlif qaçqın və mühacir proqramlarının ləğvi, viza şərtlərinin sərtləşdirilməsi və bəzi müsəlman ölkələrindən qaçqın qəbulunu dayandırmaq hesabına məqsədinə demək olar ki çatıb.

Son bir il ərzində ABŞ-a üz tutan müsəlmanların sayı kəskin azalıb.

Əgər 2016-cı ildə ABŞ 45 min müsəlman qaçqın qəbul etmişdisə, bu il (dekabrın 1-cən) onların sayı 11 min olub.

Bu 11 minin də yarısının qəbulu da yanvar-fevral aylarına təsadüf edir - yəni Trump-ın yenicə iş başına keçməsi, qaçqın məsələsi ilə hələ məşğul olmağa başlamadığı dövrə.

Bu ilin yanvarından noyabrınacan ABŞ-a gələn müsəlman qaçqınların sayı isə 94 faiz azalıb.

Buna da bax: Halal ətin dünyada ən böyük istehsalçısı xristian ölkəsiymiş

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG