Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 12:13

Halal ətin dünyada ən böyük istehsalçısı xristian ölkəsiymiş


İllüstrasiya
İllüstrasiya

Müsəlman qaydaları ilə kəsilmiş ətin dünyada ən böyük istehsalçısı Braziliyadır.

2015-ci ildə Braziliyanın xaricə satdığı ətin dörddə biri müsəlman ölkələrinə - Şimali Afrika və Yaxın Şərq ölkələrinə gedib. Bu ətin dəyəri 1,4 milyard dollar olub.

Braziliyada halal ətə sertifikat verən 3 təşkilat var. Onların ən böyüyü “Fambras” - Braziliyanın Müsəlman Assosiasiyaları Federasiyasıdır. 1979-cu ildə yaradılan bu təşkilatda ölkə boyu 48 müsəlman icması və məscidi təmsil olunur.Fambrasla sıx işbirliyində olan Braziliyanın Halal Ət Mərkəzində680 nəfər işləyir. Onların 500-ü ölkənin müxtəlif bölgələrindəki sallaqxanalardadır.

Hazırda Braziliyada 300-cən halal sertifikatlı şirkət var. Onların çoxu mal, qoyun, toyuq əti istehsal edən müəssisələrdir. Amma halal kosmetika, dərman istehsal edən şirkətlərin də sayı artır. Artıq Braziliya Körfəz ölkələrinə dərman ixrac edə bilir.

Maraqlıdır ki, Braziliyanın özündə halal ət tapmaq asan deyil. Xüsusən də San Paolo və Rio de Janeyro kimi iri şəhərlərdən kənarda.

Braziliyanın 200 milyonluq əhalisinin yalnız kiçik bir hissəsi – təxminən 1,5 milyonu müsəlmandır. Onların çoxu Suriya, Misir və Fələstin əsillidir.

Halal ətin əsas ixracatçıları sırasında Braziliyadan sonra Avstraliya, Hindistan, Fransa və Çin gəlir.

Buna da bax: Hicablı şagird: "Müsəlman Azərbaycanda yox, Almaniyada hicabla dərsə gedə bildim"

Hicablı şagird: "Müsəlman Azərbaycanda yox, Almaniyada hicabla dərsə gedə bildim"
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG