Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 13:33

Diktator və futbolçu heykəllərinin oxşarlığı nədədir?


Cristiano Ronaldo öz heykəlinin yanında

Guardian qəzeti yazır ki, daha bir futbol əfsanəsi heykəllə şərəfləndirilib.

Hindistanın Kəlkətə şəhərində yerli klubun qarşısında Argentina futbolçusu Diego Maradonaya heykəl qoyulub. Hərçənd 1986-cı il Dünya Çemionatının qalibi, bir çoxlarının fikrincə, bu heykəldə özünə oxşamır və bu fakt sosial mediada lağa da qoyulur.

Bəzi istifadəçilər yazırlar ki, heykəl, ölkəsinə futbolun ən böyük mükafatını gətirmiş Maradonadan daha çox İngiltərə yığımasının keçmiş meneceri Roy Hodgson-a, keçmiş NBA ulduzu Larry Bird-ə və hətta Dallasdan Bobby Ewing-ə daha çox bənzəyir.

3 metr yarım hündürlüyü olan heykəldə “25 yaşlı gursaçlı Maradonanın” əlində dünya çempionatının kuboku var.

Bundan əvvəl isə, bu ilin əvvəllərində Madeyra hava limanına Real Madrid ulduzu Cristiano Ronaldo-nun adı veriləndə, şərəfinə büst də qoyulmuşdu. Bu bürüncdən olan heykəltəraşlıq əsəri də tənqid olunmuş və sonradan üzərində bəzi düzəlişlər aparılmışdı.

Amma insafən Maradonanın heykəlinin Kəlkətədə açılması təsadüf deyil. Maradona Qərbi Benqal ştatının paytaxtı olan Kəlkətədə xeyriyyə tədbirində iştirak edib. Bundan əvvəl onun Hindistana səfəri dəfələrlə təxirə salınmışdı.

Bu tədbirdə çıxış edən Maradona “mən yaxşı futbolçu deyiləm, amma sadə futbolçuyam, heykəlimi burda görməkdən çox məmnunam” demişdi.

The Times of India qəzeti yazırdı ki, indi 57 yaşı olan Maradona minədək adamın iştirak etdiyi bu tədbirdə 11 xərçəng xəstəsinə 10 min rupilik (150 dollarlıq) pul çekləri verib.

Maradona və Ronaldo heykəllərlə əbədiləşdirilən ilk futbolçular deyil. Onlardan əvvəl də futbolçulara heykəllər qoyulub və çox da tənqid olunub.

Elə ötən həftə Lionel Messinin Buenos Ayresdəki heykəlinə vandalizm hücumu olub. Bu artıq bir ildə ikinci hücum idi.

Messinin heykəlindən yalnız çəkmələr və top qalıb
Messinin heykəlindən yalnız çəkmələr və top qalıb

İndi Messinin heykəlindən iki futbol çəkməsi və top qalır.

Bu ərazidə tennisçi Gabriela Sabatininin heykəlinin ümumiyyətlə oğurlandığı nəzərə alınarsa, Messi ondan hələ nəyinsə qalmasına sevinməlidir.

Cristiano Ronaldonun Madeyranın paytaxtı Funçalda 2014-cü ilin dekabrında ucaldılmış heykəlinə də lap bu yaxınlarda, Messi “Qızıl top” mükafatına layiq görüləndə vandal hücumu olub.

Bu hücumu edənlər Ronaldonun heykəlinə rəngli boya ilə Messinin adını və 10 rəqəmini yazmışdılar.

Ronaldonun bacısı Katya Aveyro baş verənlərdən xəcalət çəkdiyini demişdi.

Qardaşını Facebook-da “gözəl insan” və “əsl döyüşçü” adlandıran bacı yazmışdı ki, “bu planetdə hələ də başqalarının uğurunu həzm edə bilməyən paxıllar və əllərindən yaxşı bir iş gəlməyən ortabablar var”.

Ronaldonun heykəli sonradan futbolçunun vətəni olan adaya köçürülüb və Funçal şəhərindəki Ronaldo muzeyinin girişində yerləşdirilib.

İosif Stalinin Qoridəki heykəli 2010-cu ildə uçurulmuşdu
İosif Stalinin Qoridəki heykəli 2010-cu ildə uçurulmuşdu

Ən maraqlısı budur ki, futbolçu heykəlləri bəzən diktator heykəllərinin taleyini təkrar edir. Bunun səbəbi, əlbəttə diktatorluq və futbolçu peşələrinin əlaqəsində yox, ümumiyyətlə heykəl abidələrinin bir təkrarsız xüsusiyyətindədir.

Ucaldılan heykəllərin bir gün yıxılmaq riski həmişə başlarının üstündədir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG