Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 15:58

Neft Fondu və Mərkəzi Bank ictimai nəzarətsiz qurumlardı


Neft Fondu.

Azərbaycanda biri dövlət, biri də publik hüquqi şəxs olan 2 önəmli qurumun rəhbərliyində mütləq ictimai təşkilatlar da təmsil edilməlidir.

Azərbaycanda biri dövlət, biri də publik hüquqi şəxs olan 2 önəmli qurumun rəhbərliyində mütləq ictimai təşkilatlar da təmsil edilməlidir. Bu qurumlardan biri Dövlət Neft Fondu (DNF), digəri Azərbaycan Mərkəzi Bankıdır (AMB-dir).

Buna da bax:​ Neft Fondunun valyuta satışları 3 dəfə azalıb

Neft Fondunun Müşahidə Şurasında nə ictimai təşkilatlar, nə də...

DNF-nin əsasnaməsinə görə, onun fəaliyyətinə ümumi nəzarəti gerçəkləşdirmək üçün müvafiq dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələrindən, eləcə də digər şəxslərdən Müşahidə Şurası formalaşdırılır. Əsasnamədə nəzərdə tutulsa da, Müşahidə Şurasında nə ictimai təşkilatlar, nə də digər şəxslər təmsil olunub. Yeri gəlmişkən, indiki halda Müşahidə Şurasının funksiyaları formal xarakter daşıyır. Fondun fəaliyyətinə səmərəli nəzarət üçün onların əlində elə bir yetki də yoxdur.

DNF-nin Müşahidə Şurasına baş nazir Artur Rasizadə rəhbərlik edir. Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid Axundov, maliyyə naziri Samir Şərifov, AMB sədri Elman Rüstəmov və iqtisadiyyat naziri Şahin Mustafayev həmin şuranın üzvləridir.

Buna da bax: Kommersiya bankları dolları cüzi bahalaşdırıb, amma…

“İtkilərə səbəb olur”

Özəlliklə DNF elə qurumdur ki, burda şəffaflığa, ictimai nəzarətə ayrıca önəm verilməlidir. Ancaq göründüyü kimi, əsasnaməsində nəzərdə tutulsa da, ictimai təşkilatların nümayəndələri fondun fəaliyyətini izləyə bilmirlər. İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, ictimai nəzarətin olmaması DNF-nin fəaliyyəti zəiflədir: “Bu da fondun effektiv idarə olunmasına problem yaradır. Qəbul olunmuş qərarların ciddi müzakirə edilməməsi itkilərə səbəb olur”.

“Nəinki ictimai, heç dövlət nəzarəti də yoxdur”

AMB haqqında qanuna görə, onun İdarə Heyətinə yeddi nəfər daxildir – sədr, bu bankda daimi əsaslarla çalışan dörd üzv və iki kənar üzv.

Buna da bax:​ 'Neft Fonduna, VTB-yə qoyduğunu çıxarması üçün 62 il lazımdır'

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, həmin iki yerə son dəfə Elçibəy dönəmində təyinat olub: “Onların da səlahiyyəti 90-cı illərin ortasında bitib. Ondan sonra Elman Rüstəmov sədr oldu və 22 ildir ki, həmin vəzifələr boşdur. Nəzərə alsaq ki, AMB-ni heç Hesablama Palatası da yoxlamır, belə çıxır, üzərində nəinki ictimai, heç dövlət nəzarəti də yoxdur”.

“Kənar üzvsə bunu etməz”

“Həmin yerlərə niyə təyinat yoxdur” sualını ekspert belə cavablayır: “İndiki rəhbər öz üzərində nəzarətin olmasını istəmir. Digər üzvlər də ona tabedir deyə, göstərişlərinə daim əməl edirlər. Kənar üzvsə bunu etməz, ona görə də arzulanan deyil. Nəticədə özbaşınalıq, korrupsiya baş alıb gedir”.

Günün bütün mövzuları

XS
SM
MD
LG