Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 14:42

Kommersiya bankları dolları cüzi bahalaşdırıb, amma…


BTB bankda valyuta kursları. 13fev2017

Bu gün fevralın 13-ü, ötən həftənin cümə günü (fevralın 10-u) ilə müqayisədə kommersiya banklarının dolları cüzi bahalaşdırdıqları bildirilir.

“Marja”nın xəbər verir ki, günorta saatlarında da banklarda dolların bahalaşması davam edib. Səhər saatlarında dolları 1.60 manatdan alan “Azərtürkbank”, günortadan başlayaraq məzənnəni 1.64 manata qaldırıb. Bu bank dolların satış qiymətini isə 1.7450 manatdan 1.76 manata yüksəldib.

Buna da bax:​ Ekspert: 'Manat tezliklə düşəcək...'

Dolların alış qiymətinin digər banklarda da cüzi artdığı bildirilir.

Azərbaycan Mərkəzi Bankı (AMB) fevralın 14-nə olan rəsmi məzənnəni də açıqlayıb.

AMB-dən verilən məlumata görə, məzənnə dəyişməyib. Bir dollar elə 1,7301 manat səviyyəsində saxlanıb.

Buna da bax:​ 'Dollar bahalaşmaqda davam edəcək'

Son həftələr dollar rəsmən 1 manat 92 qəpikdən, 1 manat 73 qəpiyə düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG