Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Noyabr, çərşənbə, Bakı vaxtı 16:11

İctimai fəallar M.Qələndərovun məzarı başında


Mehman Qələndərovun məzarı
Gözlə

No media source currently available

0:00 0:00:10 0:00

Mehman Qələndərovun məzarı

Bu gün, mayın 3-də ölkənin bir qrup ictimai fəalı və media mənsubu aprelin 28-i 1 saylı Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə vəfat edən bloqqer Mehman Qələndərovun məzarı başına toplaşıblar.

Tədbirdə çıxış edən «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib ki, ölkə jurnalistləri hər il martın 2-də 2005-ci ildə qətlə yetirilmiş «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun məzarı başına toplaşardılar: «Bu gün isə M.Qələndərovun məzarı başına toplaşmışıq və Allah eləməsin ki, daha kiminsə məzarı başına toplaşaq».

M.Əliyev hesab edir ki, media azadlığı sahəsində durum get-gedə ağırlaşmaqdadır. O, mayın 2-də «Kanal-13» internet televiziyasının rəhbərinin saxlanmasını və inzibati cəza almasını hakimiyyətin müstəqil media mənsublarına növbəti sərt mesajı kimi dəyərləndirib.

11 JURNALİST VƏ BLOQQER HƏBSDƏDİR

Hüquq müdafiəçisi Oktay Gülalıyev isə deyib ki, indi jurnalist və bloqqerlərin bir çoxu ya həbsdə, ya da sürgündədirlər. Onun deməsinə görə, hazırda Azərbaycanda 11 jurnalist və bloqqer məhbus həyatı yaşayır.

Mehman Qələndərov
Mehman Qələndərov

O.Gülalıyev M.Qələndərovun aprelin 28-də təcridxanada intihar etməsi ilə bağlı deyilənlərə də şübhə ilə yanaşıb: «Onun həbsi, ölümü, işgəncələrə məruz qalması araşdırılmalıdır. Ancaq inanıram ki, bir gün bu ölümə bais olanlar haqq önündə cavab verməli olacaqlar. İndi isə hamımız haqqı deyənlərin yanında olub, onları qorumağı bacarmalıyıq».

XATIRLATMA

Narkotik ittihamı ilə saxlanan M.Qələndərov barəsində fevralın 7-də üç aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

M.Qələndərovun aprelin 28-də intihar etdiyi söylənir. Onu aprelin 29-da ictimaiyyətdən gizli şəkildə dəfn ediblər.

M.Qələndərovun ölümü ilə bağlı Ədliyyə Nazirliyi Baş Prokurorluqla birgə məlumat da yayıb.

Həmin açıqlamaya görə isə, M.Qələndərov aprelin 28-də ikinəfərlik 57 nömrəli kamerada yataq dəstindəki döşəyin üzlüyünü cıraraq ip formasına salıb. Onun saat 13:30 radələrində - kamera yoldaşı yuxuya getdikdən sonra özünü asdığı bildirilib.

ЙÖlümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə meyit müayinə olunması üçün Mərkəzi Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə göndərilib. İlkin müayinə zamanı meyitin bədəni səthində stranqulyasion şırımdan başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib», - açıqlamada qeyd edilir.

Açıqlamada ilkin araşdırmalar zamanı M.Qələndərova təzyiq göstərilməsi, işgəncə verilməsi, hər hansı qanunazidd hərəkətlərə yol verilməsinin müəyyən edilmədiyi də vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG