Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:13

Mehman Hüseynov öz məhkəməsində iştirak etmək istəyir, amma...


M.Hüseynov
M.Hüseynov

Həbsdə olan bloqqer Mehman Hüseynov Ali Məhkəmədə kassasiya şikayətinə baxılarkən özü də prosesdə iştirak etmək istəyir. Bundan ötrü Ali Məhkəməyə məktub da göndərib. Amma iyunun 5-də keçirilən məhkəməsinə M.Hüseynovu gətirməyiblər.

Məhkəmədə məlum olub ki, Mehmanın həbsinin səbəbkarı - bloqqerin böhtan atdığını iddia edən Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev və onun vəkili də iştirak etmir.

M.Hüseynovun vəkili Fuad Ağayev bildirib ki, xüsusi ittihamçı olan polis rəisi onsuz da heç bir məhkəməyə gəlməmişdi. Bu üzdən onun və nümayəndəsinin iştirak edib-etməməsi əhəmiyyətli deyil.

***Buna da bax-Mehman Hüseynovun məhkəməsində: 'O kameralar yaraşıq üçün deyil...'

Vəkil bloqqerin özünün isə iştirakını vacib sayıb. Bildirib ki, şəxs öz məhkəməsində iştirak etmək istəyirsə, onun bu hüququ təmin olunmalıdır: «Bizdə məlumat var ki, Mehman Hüseynovu saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına köçürüblər».

Bu işə İmran Hacıqayıbovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Hakim bildirib ki, Mehmanın gətirilməsi üçün onlar da cəzaçəkmə müəssisəsinə məktub göndəriblər, amma müəyyən səbəblərdən onu gətirməyiblər. Bu üzdən məhkəmə iyunun 25-nə qədər təxirə salınıb.

***Buna da bax-Məmurların villalarının görüntüləri Mehman Hüseynovun məhkəməsində...

«Ali Məhkəmə Mehmanın müraciəti əsasında qərar qəbul edib ki, onun iştirakı təmin olunsun. Amma Ali Məhkəmənin özünə də məlum olmayan səbəblərdən onu gətirməyiblər. Siz təsəvvür edin, bu səbəblər Ali Məhkəməyə bəlli deyilsə, biz haradan bilək? Bu yaxınlarda xəbər daxil oldu ki, onu saxlandığı cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına gətiriblər. Düzü, düşündük ki, onun saxlandığı cəzaçəkmə müəssisəsi uzaqda yerləşdiyinə görə məhkəmədə iştirakını daha rahat təmin etmək üçün köçürüblər. Amma əfsuslar olsun ki, ümidlərimiz özünü doğrultmadı», – F.Ağayev AzadlıqRadiosuna bildirib.

Xatırlatma

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda suçlu bilinib.

Apellyasiya Məhkəməsi haqqındakı hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə bloqqerin kasasiya şikayətini qismən təmin edib, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb. Bakı Apellyasiya Məhkəməsi isə bloqqer barəsində aşağı məhkəmənin hökmünü qüvvədə saxlayıb.

M.Hüseynov çəkdiyi videolarda bəzən hökumətin gördüyü işləri tənqid edib, bəzən də yüksəkvəzifəli şəxslərin, deputatların mülkləri barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG