Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 02:25

Məmurların villalarının görüntüləri Mehman Hüseynovun məhkəməsində...


Mehman Hüseynov

Həbsdə olan bloqqer Mehman Hüseynovun hazırladığı video-reportajlar, o cümlədən müxtəlif nazirlərə məxsus olduğu iddia edilən villaların görüntüləri onun işinə baxan hakimlərə təqdim olunub.

Facebook-dakı bir neçə yüz min izləyicisi olan «Sancaq» səhifəsinin idarəedicisi M.Hüseynovun işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Dekabrın 1-də keçirilən məhkəmədə bloqqerin vəkili Şəhla Hümbətova məhkəməyə disk təqdim edib. Müdafiəçi diskdəki görüntülərə məhkəmədə baxılıb qiymət verilməsi haqda vəsatət qaldırıb.

«Mehmanı niyə həbs eləyiblər?»

«Mehman özü də ifadəsində bildirdi ki, həbs olunmasının da, ondan əvvəl təzyiqlərə məruz qalmasının da səbəbi jurnalist fəaliyyəti, ölkəni idarə edənlərin biznesi, əmlakları haqda video-reportajlarıdır. Məmurların villaları haqda video-reportajlar ölkədə geniş yayılıb, əhali arasında müzakirələrə səbəb olub. Bu diskdə Mehman Hüseynovun həmin reportajları toplanıb. Bunlara baxanda bir daha aydın olur ki, Mehmanı niyə həbs eləyiblər», - Ş.Hümbətova bildirib.

***Buna da bax-Mehman Hüseynovun məhkəməsində: 'O kameralar yaraşıq üçün deyil...'

M.Hüseynovu həbs etdirən Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin nümayəndəsi Əlirza Həbilov deyib ki, bu vəsatət təmin olunmamalıdır. Çünki bloqqerə verilən ittihama aidiyyəti yoxdur:

«Mehman Hüseynov konkret bir müsahibəsində səsləndirdiyi fikirlərə görə məsuliyyətə cəlb olunub. Onun hansısa dövlət məmurları haqqında çıxışlarının bu işə nə aidiyyəti var?».

Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib. Hakim diski iş materiallarına əlavə etməkdən də imtina edib. Disk vəkilə qaytarılıb.

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Ardınca hakim məhkəmə istintaqının tamamlanması, çıxışlar mərhələsinə keçid haqda tərəflərin fikirlərini soruşub. Bloqqerin vəkilləri deyib ki, onsuz da heç bir istintaq, araşdırma aparılmadı, müdafiə tərəfinin heç bir vəsatəti təmin olunmadı. Amma prosesi lüzumsuz yerə uzatmamaq üçün məhkəmə istintaqı mərhələsinin yekunlaşmasına etiraz etmirlər.

Elə M.Hüseynov özü də qısa müddətdə yekun qərarın verilməsini istəyib.

***Buna da bax-Mehman Hüseynov: 'Villaları çəkəndən sonra mənə təzyiqlər gücləndi'

Hakim məhkəmə istintaqının tamamlandığını elan edib. Ardınca vəkillər çıxış etmək istəsələr də, hakim prosesi dayandırıb. Məhkəmə dekabrın 15-nə qədər təxirə salınıb.

Xatırlatma

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bundan əvvəl, yanvarın 9-da isə onun oğurlandığı güman edilirdi. Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən, onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilmişdi.

Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi M.Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə bloqqerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG