Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:10

‘Bəlkə də Moskva ‘çoxdan qalan Qarabağ tikanının’ çıxarılmasına etiraz etməyəcək’


Xankəndi bugün
Xankəndi bugün

Rusiyanın “Novaya qazeta” qəzetinin xüsusi müxbiri İlya Azarın Şuşa və Laçından reportajı dərc olunduqdan sonra Ermənistan XİN onun akkreditəsini ləğv edib.

Nazirlik jurnalistə akkreditasiya qaydalarının pozulduğunu bildirib. Jurnalistsə hesab edir ki, onun akkreditasiyası məhz Şuşa və Laçından yazdığı reportaja görə ləğv olunub.

“Novaya qazeta” isə oktyabrın 8-də başqa bir əməkdaşının, siyasi icmalçı Pavel Felgenqauerin Dağlıq Qarabağ münaqişəsinə dair geniş təhlili məqaləsini dərc edib.

Pavel Felgenqauer
Pavel Felgenqauer

Felgenqauer yazır ki, Qarabağda müharibənin ikinci həftəsi gedir və Azərbaycanın silahlı qüvvələri hücum təşəbbüsünü inamla saxlayır, hərçənd hələki hansısa həlledici ərazi uğuru olmayıb.

Məqalədə deyilir ki, tərəflər öz uğurları və itkiləri barədə bir-birinə tam zidd məlumatlar verir.

Amma politoloq bu qənaətdədir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi üçün Azərbaycanın uğurları gözlənilməz olub:

“Ermənistanın hərbi-siyasi rəhbərliyi...aşkar göründüyü kimi indiki müharibəyə yox, keçmiş (birinci Qarabağ) müharibəsinə hazırlaşıb. O müharibədə Ermənistan inamlı qələbə qazanmışdı. Obyektiv deyilərsə, 2020-ci ilin 27 sentyabrına olan vəziyyətə görə Ermənistan və Qarabağın silahlı qüvvələri 1993-1994-cü il müharibəsində qələbə çalmış yarımpartizan dəstələrindən daha güclü idi. Ermənilər çox sayda tank və başqa texnika... toplamışdılar. Son vaxtlar Moskva Yerevana kredit əsasında bir neçə Su-30M təyyarəsi, onlarca T-90 tankı, dəqiq vuran aeroballistik İskander raketləri, TOS 1A Solntsepek topları vermişdi”.

Bakının bəyanatları ciddi qəbul edilmirdi

Lakin şərhçi yazır ki, Azərbaycanın silahlara on dəfələrlə çox neft dolları xərcləməsinə baxmayaraq sentyabrın 27-dək Yerevanda (və elə Moskvada da) elə bir təsəvvür var idi ki, 26 ildə prinsipial olaraq heç nə dəyişməyib:

“Odur ki, Bakının “işğalçıları Azərbaycan torpağından qovacağına” dair zəhmli bəyənatlarını heç kim ciddi qəbul etmirdi. Ehtimal olunurdu ki, Azərbaycan birlikləri Qarabağdakı cəbhə xəttini (Təmas Xətti) yarmağa cəhd edərkən dayandırılacaq, səpələnəcək və erməni əks-hücumu ilə darmadağın ediləcək”.

Rus jurnalist Şuşada nə gördü?
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Şərhçinin fikrincə, erməni tərəfi düşünürdü ki, ehtiyatda olanların səfərbərliyə alınmasından sonra, ötən müharibədə olduğu kimi ikinci eşelonda olan Azərbaycan hissələri tərifli İsrail, Türkiyə, Cənubi Koreya və Rusiya silahlarını atıb qaçacq və bütün bu qənimət erməni ordusunun silahlanmasına sərf olunacaq, münaqişə tez bir zamanda atəşkəslə bitəcək:

“Amma məlum oldu ki, birinci Qarabağ müharibəsini uduzan azərbaycanlılar müasir müharibə aparmağı bacaran ordu yaratmaqla ikinci müharibəyə dəfələrlə yaxşı hazırlaşa biliblər”.

Şərhçi yazır ki, söhbət ilk növbədə yüksək dəqiqlikli pilotsiz sistemlərdən gedir:

“Bu ermənilərin əvvəlcədən hazırladıqları qələbə strategiyasını sındırdı. Ermənilərin ilk günlərdəki əks-hücumları az səmərəli idi, qələbə strategiyası isə ümumiyyətlə alınmadı”.

Ermənistan belə müharibəyə hazır deyildi

Məqalədə deyilir ki, Dağlıq Qarabağ qüvvələrinin bu müharibəyə hazırlığı “sovet hərbi elminə” əsaslanırdı və onlar gecə və gündüz bütün hərəkətlərinin PUA-larla izlənəcəyini və onlara yüksək dəqiqliklə zərbələr endiriləcəyini nəzərə almamışdılar:

“Hazırkı erməni silahlı qüvvələri partizanlar yox, nizami ordudur. Və pis də ordu deyil. Bu ordu sadəcə olaraq azərbaycanlıların başlatdıqları müasir müharibəyə hazır deyildi”.

Felgenqauer yazır ki, erməni tərəfi üçün təşəbbüsü ələ almadan güclü əks-zərbə endirmək çətin olacaq:

“Cənub cəbhəsində Azərbaycan tankları və motopiyadaları Araz çayı və İran sərhədi boyunca Cəbrayıl rayonunda irəliləyiblər. Ermənilər onları Qarabağ yüksəkliklərindən artilleriya və zenit zərbəsi ilə vurur və birinci müharibənin son mərhələsində, 1994-cü ildə olduğu kimi onları İrana qaçmağa məcbur edəcəklərinə inanırlar”.

Erməni tərəfi Şuşada vurulan klubun videosunu yayıb
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Şərhçinin fikrincə bu dəfə vəziyyət fərqlidir. Baş nazir Paşinyan “bəzi ərazilərdə vəziyyətin çox ağır olduğunu” bildirib və hərbi xidmətini ötən il başa vuranları könüllü kimi orduya qayıtmağa çağırıb.

Felgenqauer yazır ki, Ermənistan demək olar tam coğrafi izolyasiyadadır. Ora hərbi-nəqliyyat uçuşları yalnız Xəzərin üzəri və daha sonra İranın hava məkanı ilə edilə bilər.

Şərhçi vurğulayır ki, erməni qüvvələrinin atdıqları mərmilərdən bəziləri İran ərazisinə düşüb və belə getsə, Tehranın Yerevana münasibəti dəyişə bilər.

Yerevanın “uzun və üzücü müharibəyə” tab gətirmək şansı azdır

Məqalədə deyilir ki, Azərbaycanın hərbi yükləri gətirmək imkanları daha genişdir, beləki Türkiyə ilə aviasya rabitəsi müntəzəmdir:

“Yeni müharibənin gedişində Azərbaycan silahlı qüvvələri bütün Qarabağ cəbhələrində təşəbbüsü əldə saxlayır. Ermənistanın uzun və üzücü müharibəyə tab gətirmək şansı azdır. Ankara Bakının Qarabağ problemini hərbi yolla həll etmək əzmini tam dəstəkləyir. Amma Ermənistanın ODKB üzrə müttəfiqi olan Rusiya bildirib ki, onun öhdəliyi Qarabağa şamil olunmur”.

Felgenqauer yazır ki, Moskva böyük Türkiyə qüvvələrinin Qafqaza çıxmaması, bu regionun Türkiyənin nüfuz dairəsinə keçməməsi məqsədilə həm Bakı, həm də Yerevanla bərabər münasibətlər saxlamalıdır:

“Əlbəttə Yerevan üstüörtülü şəkildə bəzi dəstək və yardımları alır, amma Moskva müdaxiləyə və dərhal atəşkəs tələb etməyə hələ hazır deyil”.

Felgenqauer düşünür ki, belə bir şəraitdə “şəhərlər müharibəsi” başlana bilər. Onun fikrincə tərəflər paytaxtlar da daxil bir-birlərinin şəhərlərinə raket zərbələri endirə bilərlər:

“Əgər ermənilər bu müharibəni uduzsalar və Qarabağın bir hissəsini və hətta Erdoğanın dəstəyi ilə Əliyevin tələb etdiyi kimi bütün Qarabağı itirsələr, Paşinyan rejimi süqut edəcək. Bəlkə də Moskvada çoxdan qalan Qarabağ tikanının çıxarılmasına, problemin (hətta güc yolu ilə) həllinə elə də güclü etiraz etməyəcəklər və potensial olaraq hazırkı qərbyönlü erməni rejiminin süqutu isə Moskva üçün göydəndüşmə olacaq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG