Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 08:52

Əyalət QHT-lərinin qayğıları...


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, 2013
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, 2013

“İndi vəzifədə olan şəxslərin adamları QHT- lərdə işləyirlər ”

Masallı rayonunda 37 qeyri hökumət təşkilatı (QHT) qeyidiyyatdadır. Rayonda fəaliyyət göstərən Cənub.az saytın rəhbəri Zahir Əmənov-un sözlərinə görə bu təşkilatların əksəriyyətinin adı var, amma fəaliyyəti yoxdur:

“Bu təşkilatların özlərində də qocalama gedir ”

“Demokratiyanın atributlarından olan QHT-lər dəyərlərə üstünlük verən hər bir ölkədə inkişafın əsas sütunlarından sayılır. Bu baxımdan bizdə vəziyyət heç də yaxşı deyil. Bu təşkilatların özlərində də qocalama gedir. Rayonda QHT-lərə rəhbərlik edənlərin cəmi altısının yaşı 50-dən aşağıdır. Qalanları yaşlı adamlardır. Masallı Təhsil Fondu da fəaliyyət göstərir. Bu yeganə fonddur.”

Zahir Əmənov, 2020
Zahir Əmənov, 2020

Zahir Əmənovun deməsinə görə, onların bəzisi koronavirus pandemiyası dövründə fəaliyyət göstərmir:

“Elə təşkilatlar var ki, pandemiya dövründə fəaliyyətsiz qalıb”

“Masallı rayonunda heç bir filialın tərkibində olmayan cəmi 5 içtimai birlik var. Onların üçü son beş ildə qeydiyyatdan keçib. Elə təşkilatlar var ki, pandemiya dövründə fəaliyyətsiz qalıb. Amma layihələr həyata keçirən təşkilatlar da var. Elə qurumun rəhbəri var ki, rəhbərilik etdiyi təşkilatın müstəqil və ya filial olduğunu bilmir. ”

Onun sözlərinə görə, qonşu rayonlarda da vəziyyət eynidir:

“Qonşu rayonlarda da vəziyyət belədir. Dağlıq rayonlarda demək olar ki, müstəqil QHT yoxdur.Səbəb isə qeydiyyatın olduqca çətin olmasıdır.”

“QHT-lər müstəqil şəkildə fəaliyyət göstərə bilmirlər ”

Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyev-in deməsinə görə, rayonlarda olan QHT-lər formal fəaliyyət göstərirlər. Onun fikrincə, bu sahədə əvvəlki illlərə nisbətən geriləmə var. O hesab edir ki, QHT-lər müstəqil şəkildə fəaliyyət göstərə bilmirlər:

“Buna görə də mən fəaliyyəti dayandırdım. Çünki QHT-lərın fəaliyyəti üçün imkan yoxdur. İndi vəzifədə olan şəxslərin adamları QHT- lərdə işləyirlər. İmkan vermədilər, xeyri yoxdur.Gördülər ki, müstəqil fəaliyyət göstərirəm imkan vermədilər.”

“Problemlər 2006-cı ildən başladı ”

Onun deməsinə görə, təşkilatın yarandığı ilk dövrlərdə aktiv fəaliyyət göstərib:

“Mənim öz layihələrim də olub, layihələrdə də iştirak etmişəm. QHT xətti ilə müsabiqədə iştirak edib Amerikaya da getmişəm. Problemlər 2006-cı ildən başladı. O vaxtdan imkan vermədilər. Lənkəran Müəllimlər Cəmiyyəti qısa müddətdə tanındı. Sənədləri hazırlayıb qediyyatla bağlı nazirliyə verdik. Hər dəfə bəhanə gətirdilər. Konfrans keçirtməyə imkan vermədilər. Məcbur olub həyətdə keçirtdik. Bakıya get-gəl. Əslində qanuna görə, birinci mərhələdə nöqsanlar deyilməli idi.”

Rahim Huriyev, arxiv foto
Rahim Huriyev, arxiv foto

Rahim Nuriyevin bildirməsinə görə, QHT-lər hökmətin həyta keçirə bilmədiyi problemləri öhdəsinə götürüb içtimailəşdirir və onun həllinə çalışır:

“Xarici donorların fəaliyyəti dayandırıldı”

“Bu da kimlərinsə xoşuna gəlmədi.Elə ona görə də xarici donorların fəaliyyəti dayandırıldı.İndi öz bildikləri QHT-lərə maliyyə ayırırlar. Öz adamlarıdır. Mən sənin layihənə pul ayırıram, ancaq mənim dediyimi de, prinsibi ilə işləyirlər. Həm də qorxulu vəziyyət yarandı. Başaldılar QHT-lərin maliyyə işlərini yoxlamağa, xırda bir səhfi cinayyət kimi qələmə verməyə. Acıq demədilər işlmə. Bu yolda yüzlərlə QHT fəaliyyətini dayandırdı. Rayonlarda qalan QHT-lər isə hakmiyyətin tədbirlərində iştirak edir və dəstəkləyir. Əksəriyyətin işi bundan ibarətdir.”

“Rayonda olan QHT-lər normal fəaliyyət göstərirlər”

Astara Rayon İcra Hakimiyyəti Aparatının şöbə müdiri Xanverdi Şirinov isə QHT-lərlə bağlı deyilən tənqidlərlə razılaşmır:

“Rayonda olan QHT-lər normal fəaliyyət göstərirlər. Onların işinə heç kim mane olmur. Bir fakt belə yoxdur ki, kimsə onlara mane olur. Bələdiyyələr də QHT-lərə aidir. Qanun daxilində fəaliyyət göstərirlər.”

Yazıda səslənən iradlara Ədliyyə Nazirliyindən isə münasibət almaq mümkün olmayıb. Amma son vaxtlar hökumət rəsmilərinin Bakıda QHT-lərlə bu sektorda olan vəziyyətlə bağlı bir neçə müzakirləri keçirilib. Orada da əsasən son illər bu sahədə qanunverciliyin sərtləşdirilməsi, qeydiyyatda çətinliklər və başqa məsələlər gündəmə gətirilib.

XS
SM
MD
LG